"GameStop" — ABŞ pərakəndə satış şəbəkəsi. Şirkət videooyun konsolları, videooyunlar və oyun aksesuarları satır.
GameStop | |
---|---|
GameStop | |
Ümumi məlumatlar | |
Sənaye | pərakəndə |
Məhsulu | video oyun |
Təsis tarixi | 1991 |
İqtisadi göstəriciləri | |
Ümumi kapital |
|
Ümumi aktivlər |
|
Ümumi gəliri |
|
Xalis mənfəəti |
|
Əməliyyat mənfəəti |
|
gamestop.com | |
Vikianbarda əlaqəli mediafayllar |
30 yanvar 2021-ci il tarixinə olan məlumata görə, "GameStop" mağazalar şəbəkəsinin ABŞ-də və dünyanın 17 ölkəsində 4,816 satış məntəqəsi var.[3] Şirkətin mağazaları həmçinin "EB Games" və "Electronics Boutique" brendləri altında satış məntəqələri ilə təmsil olunur. Şirkət "Game Informer" adlı videooyun jurnalını dərc etdirir.[4]
Şirkətin tarixi Texas ştatının Dallas şəhərində kiçik proqram təminatı şirkəti "Babbage's" ilə başlamışdır. Şirkət sonradan "Software Etc." ilə birləşmiş, ardınca "Babbage’s Etc. LLC" yaranmışdır. 1999-cu ildə bu şirkət kitablar, elektron kitablar, jurnallar və media satan pərakəndə satış şəbəkəsi olan "Barnes & Noble"a satılmışdır. Mağazalar şəbəkəsi 2000-ci ilin iyununda "Funco, Inc" ilə birləşmişdir. Həmin ilin axırlarında şirkətin adı "GameStop" olaraq dəyişdirilmişdir.[5]
2004-cü ilin axırlarında şirkət "Barnes & Noble"dan öz səhmlərini tamamilə geri almış və müstəqil olmuşdur. 2005 -ci ildə "Electronics Boutique", 2007 -ci ildə isə "Blockbuster" şəbəkəsindən "Rhino Video Games" satın alınmışdır.[6][7][8]