Ganguleterakis dispar

Nematod bədəninin ön hissəsində 2 lateral qanada malik sarımtıl- rəngdədir. Ağız 3 dodaqla əhatələnib. Qida borusunun arxa hissəsi genişlənərək bulbusa çevrilmişdir. Qida borusunun ön hissəsində başdan 0,099- 0,114 mm məsafədə sinir həlqəsi yerləşmişdir. Qida borusunun orta hissəsində isə ön hissədən 0,600 – 0,617 mm məsafədə ekskretor dəliyi yerləşir. Erkək-Bədəninin uzunluğu 10–16 mm, maksimal eni isə 0,396- 0,517 mm arasında dəyişir. Qida borusu ilə bulbusun uzunluğu 1,210- 1,476 mm, yalnız bulbusun uzunluğu 0,308- 0,345 mm, bulbusun eni 0,209- 0,278 mm- dir. Quyruğundakı çıxıntının uzunluğu 0,066- 0,143 mm – dir. Anusdan quyruğun ucuna qədər olan məsafə 0,319 mm- dir. Spikulalar bərabər uzunluqda olub 0,385- 0,614 mm-dir. Erkəkdə spikulaların ucları iti, ön hissəsi isə qalınlaşmış və kütdür. Quyruq hissədə bursanın qanadları yaxşı inkişaf etmişdir və qabırğa şəklində yerləşmiş əmziklərə söykənir. Böyük preanal əmzik xitinləşmiş həlqəsi vardır. Əmziyin diametri 0,187- 0,242 mm - dir. Həlqənin sonunda kiçik median əmzik yerləşir. Xırda quyruq əmzikləri 13 cütdür. Dişi - Bədəninin uzunluğu 15–19 mm, maksimal eni 0,495- 0,638 mm - dir. Qida borusu bulbusla birgə 1,430 – 1,682 mm, ayrıca bulbusun uzunluğu 0,308 – 0,380 mm, eni isə 0,263 – 0,366 mm - dir. Vulva bədənin arxa hissəsində yerləşir. Vulva ətrafında göbələkvari (zigilşəkilli) çıxıntının miqdarı müxtəlifdir (3-7 ədəd). Çıxıntıların hündürlüyü 0,213 - 0,079 mm, eni isə 0,238 – 0,054 mm arasında dəyişdiyi müəyyənləşdirilmişdir. Yumurtaları ovaldır, uzunluqları 0,0616 – 0,0700 mm, eni 0,0420 – 0,0476 mm – dir.

Ganguleterakis dispar
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Yayılması[redaktə | mənbəni redaktə et]

Ganguleterakis Geniş yayılan çox saylı növdür. Azərbaycanda 5 növü demək olar ki, bütün iqlim qurşaqlarında yayılmışdır.

Yaşayış yeri və həyat tərzi[redaktə | mənbəni redaktə et]

Ev su quşlarının su quşları bağırsağının kor çıxıntılarında parazitlik edir. Qidasını bağırsaq möhtəviyyatı təşkil edir. Orta ömrün uzunluğu məlum deyil. İnkişaf dövriyyəsi aralıq sahiblərin iştirakı olmadan gedir. İnkişafı yumurta-sürfə-yetkin fərd ardıcıllığı ilə gedir. Geohelmintdir.

Çoxalması[redaktə | mənbəni redaktə et]

  • Ayrıcinslidir, yumurta vasitəsilə çoxalır. Cinsi yetişkənliyə çatma müddəti: 18-26 gün. İl ərzində bir neçə dəfə nəsil verir.

İnsan həyatına təsiri[redaktə | mənbəni redaktə et]

  • İnsanın qida məhsullarının keyfiyyəıtinin aşağı salınması.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • b.ü.f.d. F.H.Rzayev Bakı, 2011, 205 s. Azərbaycanda ev su quşlarında patogen parazit qurdlara qarşı yerli bitki mənşəli preparatların təsiri mexanizminin öyrənilməsi