Gasterosteus aculeatus

Üçtikanlı tikanbalığı— (lat. Gasterosteus aculeatus)-Tikanbalığıkimilər fəsiləsinin Qasterosteus cinsinin nümayəndəsidir.

Üçtikanlı tikanbalığı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Üçtikanlı tikanbalığı
Beynəlxalq elmi adı

Atlantik və Sakit okeanların şimal hissələrində geniş yayılmışdır. Murmansk yaxınlığında, Ağ dənizdə rast gəlinir. İlk dəfə Xəzər dənizində tikanbalığıkimilər sinfinə daxil olan üçiynəli tikanbalığına 1984-cü ildə təsadüf olunub və bundan sonra az müddət ərzində o, Orta və Cənubi Xəzərdə, həm də Dəvəçi limanında geniş yayılıb.

Morfoloji əlamətləri

[redaktə | mənbəni redaktə et]

Çılpaq bədənli, xırda balıqlardır, uzunluğu 5–6, az hallarda 10 sm-ə çatır. Dəvəçi limanında tədqiq olunmuş üçiynəli tikanbalığının uzunluğu 4,5–6,1 sm, kütləsi 1,4–4,3 q olmuşdur. Bel üzgəcinin qarşısında 3 sərbəst tikan vardır. Qarın üzgəcləri də tikan şəklindədir.

Yaşayış yeri və həyat tərzi

[redaktə | mənbəni redaktə et]

Yaşayış yeri Dəvəçi limanı, Orta və Cənubi Xəzərin şərq və qərb sahilləridir. Tikanbalıqları xırda xərçəngkimilər, həşarat sürfəsi, dibdə yaşayan orqanizmlər və başqa balıqların kürü və sürfələri ilə qidalanırlar. Müşahidə yolu ilə müəyyən edilmişdir ki, bir ədəd tikanbalığı 5 saat ərzində uzunluğu 6 mm olan 74 ədəd enlibaş balıq körpəsi yemişdir. Üçtikanlı tikanbalığı qısa ömürlüdür, 3–4 il yaşayır.

Bir yaşında cinsi yetişkənliyə çatır. Kürü tökmə aprel ayından iyul ayınadək davam edir. Kürütökmə prosesi olduqca maraqlı keçir. Erkəklər su bitkilərindən xüsusi girişi və çıxışı olan yuva düzəldirlər. Dişi balıqlar öz kürülərini həmin yuvaya tökür və kürüdən sürfələr çıxanadək yuvanı qoruyurlar.

Təsərrüfat əhəmiyyəti

[redaktə | mənbəni redaktə et]

Ondan təbabətdə istifadə olunan müalicə əhəmiyyətli yağ, quşçuluq və heyvandarlıq təsərrüfatları üçün un istehsal olunur.Vətəgə əhəmiyyəti yoxdur.[2]

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s.129.
  2. Əbdürrəhmanov Y. Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 224 s. 3.
  1. Integrated Taxonomic Information System (ing.). 1996.
  2. Əsgerov F. S., Zaytsev Y. Y., Qasımov R. Y., Quliyev Z."Biomüxtəliflik: Xəzərin əsrarəngiz balıqları" "Bəşər-XXI" nəşriyyatı, Bakı, 2003, səh66.