Gavə Mahmudov

Mahmudov Gavə Nəriman oğlu (17 iyul 1963) — Azərbaycan Memarlar İttifaqının üzvü (1989), "İmarət-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi (2005)[1]

Gavə Mahmudov
Gavə Nəriman oğlu Mahmudov
“İmarət-İnşaat”
Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi
Şəxsi məlumatlar
Doğum tarixi (59 yaş)
Doğum yeri SSRİ SSRİ
Azərbaycan Azərbaycan SSR
Bakı şəhəri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili Azərbaycan İnşaat Mühəndisləri İnstitutu
İxtisası Memar

Təltifləri "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" yubiley medalı
Dini İslam

Həyatı[redaktə | mənbəni redaktə et]

Mahmudov Gavə Nəriman oğlu 22 noyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. 1972-ci ildə orta məktəbi bitirdikdən sonra Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuş, 1977-ci ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirərək təyinatla Yüngül Sənaye Nazirliyinin Xüsusi Təcrübə Sınaq Konstruktor Bürosunda mühəndis vəzifəsində ilk əmək fəaliyyətinə başlamışdır.

O, 19 sentyabr 1977-ci ildən Tbilisi Zonalararası Elmi Tədqiqat Eksperimental Layihələndirmə İnstitutunun Bakı filialında memar, 14 avqust 1978-ci ildən "Azərkommunlayihə" Kommunal Layihələndirmə İnstitutunda mühəndis, 09 fevral 1979-cu ildən "Orqtexkolxoztikinti" Layihə-Texnoloji trestinin eksperimental layihələndirmə şöbəsində mühəndis, 17 iyun 1980-ci ildən 1982-ci ilə kimi Azərittifaqın "Azkoopticarətreklam" İdarəsində rəssam kimi fəaliyyət göstərmişdir.

G.N. Mahmudovun 1982–1996-cı illər arasındakı fəaliyyət illəri Respublika Bədii Fondu ilə bağlıdır. Belə ki, o, 30 noyabr 1982-ci ildə Respublika Bədii Fondunun İstehsalat Yaradıcılıq Kombinatında icraçı heykəltəraş vəzifəsində işə başlamış, 31 yanvar 1986-cı ildən Kombinatın Konstruktor bürosunun müdiri vəzifəsinə keçirilmişdir. O, bu vəzifələrdə çalışdığı zaman bir sıra layihələrin işlənilməsində yaxından iştirak etmişdir. O, 04 noyabr 1987-ci ildən Respublika Bədii Fondunun direktor müavini vəzifəsinə təyin olunmuş, 13 iyun 1990-cı ildən 13 aprel 1991-ci ilə kimi isə Bədii Fondun direktoru vəzifəsini icra etmişdir. Gavə müəllim bu illərdə Respublika Bədii Fondunun və onun bölgələrdəki filiallarının xətti ilə həyata keçirilən tikintilərə və heykəllərin hazrlanması işlərinə rəhbərlik etmişdir.

G.N. Mahmudov daha sonra – Rəssamlar İttifaqının Təsərrüfat hesablı Təmir Tikinti İdarəsinin rəisi (1991–1996-cı illər), Azərbaycan Yazıçılar Birliyində baş mühəndis, istehsalat və təsərrüfat idarəsinin rəisi (1996–2001-ci illlər) vəzifələrində çalışmış, Yazıçılar Birliyinin obyektlərində təmir-tikinti işlərinə rəhbərlik etmişdir.

G.N. Mahmudov 18 dekabr 2001-ci ildə "Bakıdövlətlayihə" İnstitutunun Memarlıq planlaşdırma şöbəsinə memar vəzifəsinə qəbul edilmiş və 2008-ci ilə kimi bu qabaqcıl, aparıcı layihə institutunda layihələndirmə sahəsində çalışaraq Layihənin baş memarı kimi özünü təsdiq etmiş, rəhbərliyin etimadını doğrulda bilmişdir. Belə ki, o, bu illərdə paytaxt Bakı şəhərinə gözəllik bəxş edən çoxlu sayda binaların tikinti layihələrinin hazırlanması işlərini həyata keçirmişdir. Onlardan Dövlət Sərhəd Xidmətinin İdman Kompleksinin, Rəşid Behbudov küçəsində 19–21 mərtəbəli yaşayış evlərinin, Cəfər Cabbarlı küçəsində "Caspian Plaza" ofis binaları kompleksinin və digər bir sıra unukal layihələrin müəllifi və layihənin baş memarı Gavə Mahmudovdur.

G.N. Mahmudov 14 iyul 2008-ci ildə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin "Mühəndis-axtarış, layihə, ekspertiza işlərinə nəzarət və əlaqələndirmə şöbəsi"nə rəis vəzifəsinə təyin olunmuşdur. O. bu vəzifəni yüksək peşəkarlıqla və səriştə ilə yerinə yetirir.

Gavə Mahmudov 2005-ci ilin aprel ayında "İmarət-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətini təsis edib və şirkətə uğurla rəhbərlik edir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Ailəlidir, iki oğlu var, hər ikisi ali təhsillidir. Tofiq Azərbaycan Tibb Universitetini bitirib, tibb elmləri namizədidir. Hal-hazırda Tibb Universitetinin Stomotologiya kafedrasında asistent vəzifəsində işləyir. Kiçik oğlu Cavid isə Azərbaycan Pedaqoji Universitetinin Hərbi fakültəsini bitirib. Hal-hazırda Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat İdarəsində işləyir. Həyat yoldaşı Mahmudova Zöhrə Surxay qızı Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib və hazırkı vaxtda memar kimi fəaliyyət göstərir.

Memarlıq fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Novator və yenilikçi memar olaraq unikal layihələri ilə tanınan G. Mahmudovun rəhbərliyi altında "İmarət-İnşaat" MMC fəaliyyət göstərdiyi müddət ərzində layihə-dizayner, şəhərsalma və digər layihələndirmə işlərinin yerinə yetirilməsi sahəsində zəngin təcrübə qazanmışdır. Bütün obyektlərin inşası zamanı müəllif nəzarəti həyata keçirilir – tikinti işlərinin layihəyə və mövcud Tikinti Norma və Qaydalarına uyğun aparılmasına nəzarət edilir.

Şirkətdə çalışan memar və layihəçilərdən ibarət yaradıcılıq kollektivi hər bir layihəyə fərdi şəkildə yanaşmaqla, sifarişçilərin zövq və tələblərinə cavab verən layihələr işləyir, mənzillərin dizayn tərtibatına, mühəndis təminatına, eləcə də istifadə olunacaq inşaat materiallarının keyfiyyətinə və geniş seçim imkanlarına xüsusi diqqət yetirir.

İşlədiyi layihələr[redaktə | mənbəni redaktə et]

Bakı şəhəri üzrə: Nəsimi rayonu, A.Səhhət küçəsində 3 ədəd 16–17 mərtəbəli yaşayış evi; Binəqədi rayonu, 8-ci mikrorayonda 16 mərtəbəli yaşayış binası; Yasamal rayonunda 12–16 mərtəbəli yaşayış binaları kompleksi; Nərimanov rayonunda 7 ədəd 16–18 mərtəbəli yaşayış binası; Xətai rayonunda 1 ədəd 16 mərtəbəli yaşayış binası; Nizami rayonunda 3 ədəd 12–16 mərtəbəli yaşayış binası; Mərdəkan, Maştağa, Suraxanı, Hövsan qəsəbələrində, eləcə də Nərimanov, Yasamal və Qaradağ rayonlarında Fövqəladə Hallar Nazirliyi üçün Yanğınsöndürmə depolarının binaları; Nərimanov rayonunda 2 ədəd 14–16 mərtəbəli yaşayış binası; Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində 16 mərtəbəli yaşayış binası; Yasamal rayonu Şərifzadə küçəsində 15 mərtəbli yaşayış binası; Nərimanov rayonu C.Hacıbəyli küçəsində 16 mərtəbli yaşayış binası; Badamdar qəsəbəsində 16 mərtəbəli yaşayış binası; Dövlət Sosial Müdafiə Fondunun Səbail və Xətai rayon təşkilatları üçün inzibati binalar; Dövlət Sosial Müdafiə Fondu üçün akt zalı; Dövlət Statistika Komitəsinin Bakı şöbələrinin inzibati binaları;

Bölgələr üzrə: Gəncə şəhərində 8–9 mərtəbəli yaşayış binası; Abşeron rayonunda və Xırdalan şəhərində Fövqəladə Hallar Nazirliyi üçün Yanğınsöndürmə depolarının binaları; Siyəzən, Qusar, Xaçmaz və Qəbələ rayonlarında Fövqəladə Hallar Nazirliyi üçün Yanğınsöndürmə depolarının binaları; Fövqəladə Hallar Nazirliyinin Sumqayıt regional mərkəzinin inzibati binası; Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Regional Mərkəzinin inzibati binası; Qəbələ rayonunda mülki-müdafiə qoşunları üçün alay; Dövlət Sosial Müdafiə Fondunun Xaçmaz rayon təşkilatı üçün inzibati bina; Yardımlı rayonunda 8 ədəd məktəb və 2 ədəd uşaq bağçası; Zərdab rayonunda 2 ədəd məktəb binası; Şəki şəhərində Qoxmud kəndində 840 yerlik məktəb binası; Dövlət Statistika Komitəsinin Füzuli və Oğuz şöbələrinin inzibati binaları; Oğuz rayonunun Yaqublu kəndində 220 yerlik orta məktəb binası; Tovuz şəhərində 35 mənzilli yaşayış binası və s. layihələri qeyd etmək olar. Qeyd edək ki, bu layihələrin böyük əksəriyyəti yüksək keyfiyyətlə tikilərək sifarişçilərə təhvil verilmişdir.

Bu gün "İmarət-İnşaat" MMC yeni ideyalar axtarışında olmaqla, öz layihələri ilə Azərbaycanımızın həm paytaxt şəhərinin, həm də regionlarının inkişafına öz töhfəsini verməyə çalışır. G.N. Mahmudov bu gün həyatın sürətli inkişafı ilə ayaqlaşmaq və qabaqcıl dünyada layihələndirmə sahəsində olan yenilikləri mənimsəmək üçün daim öz üzərində çalışır, texniki biliklərini cilalayır.

O, ölkənin layihə-tikinti sektorunda istedadlı memarlardan biri kimi müəllifi olduğu yeni-yeni layihələrlə bu gün də sözünü deyir və özünü təsdiq edir. Onun hər yeni layihəsi gözəl bir sənət əsəri kimi memarlıq ictimaiyyəti tərəfindən maraqla qarşılanır. Onun əməyi hər zaman rəhbərlik tərəfindən qiymətləndirilib.

Mükafatları[redaktə | mənbəni redaktə et]

Fövqəladə Hallar Naziriliyi işçilərinin peşə bayramı günü münasibəti ilə, dövlət qulluğunda fərqləndiyi və əldə etdiyi nailiyyətlərə görə Fövqəladə Hallar Naziriliyinin "Fəxri Fərmanı" (2009-cu il);

"Bakı 2015" İlk Avropa Oyunlarının təşkili və keçirilməsində fəal iştirakına görə Gənclər və İdman Nazirliyinin və "Bakı 2015" İlk Avropa Oyunları Əməliyyat Komitəsinin "Fəxri Fərmanı" (2015-ci il);

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005-2015)" yubiley medalı (2015-ci il)

İstinadlar[redaktə | mənbəni redaktə et]