1 balon gavalı turşusunun hazırlanma qaydası:
Sterilləşdirilmiş 3 litrlik balona sarımsaq, nanə qurusu, acı bibər, qara istiot və dəfnə yarpağı yığılır.Üzərinə yuyulmuş və çəngəllə deşilmiş gavalılar yığılır. Duz, esensiya və üzüm sirkəsi əlavə edilir və qaynar su tökülür. Ağzı ehmalca bağlanılır və soyumasını gözləyirik. Soyumuş məhlul ehmalca boşaldılır və yenidən qaynadılır. Gavalılar təkrar balona tökülərək germetik yolla qapaqla bağlanılır. Bağlanmış balon ağzı üstə çevrilir və soyuyana qədər saxlanılır.
Gavalını yuyub çəngəllə deşin, sarımsağı təmizləyin dilimlərə, istiotu və dəfnə yarpağını yuyun. Sterilləşdirilmiş bankaya yığıb üstünə duz tökün (1 x.q. 1 litr suya). 1 x.q. 1 litr suya esensiya töküb qaynar su əlavə edin və bankanı qapaqla bağlayın.