Gavalı yastıcası

Gavalı yastıcası-(lat. Sphaerolecanium prunastri F.) Buğumayaqlılar tipinin Yastıcalar dəstəsinin Qalxanlı yastıcalar fəsiləsinə aid olan növ

Gavalı yastıcası
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Gavalı yastıcasının (Sphaerolecanium prunastri F.) dişi fərdinin bədəni uzunsovdur. Bədənin ön tərəfi isə ensizdir. Tünd qonur rəngə malikdir. Çanaq ön tərəfdən sarımtıl rəngə çalır. Uzunluğu 3-4 mm., eni isə 3-3,2 mm-dir. Bel nahiyəsində xırda qıllar vardır. Dişi fərdin bığcıqları altı buğumludur. Erkək fərd qanadlıdır, qırmızımtıl rəngdədir, ayaqlarının üzəri tüklə örtülüdür, on ədəd buğumdan ibarət olan nazik, uzun bığcıqlara malikdir. Bədəninin uzunluğu 1,5-1,8 mm-dir.

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Müşahidələrə əsasən, yastıcalar mart ayının sonu, aprel ayının əvvəllərində gorünürlər. Erkək fərdlər may ayında ucmağa başlayırlar[1]. Dişi fərdlər isə may ayının axırında tədricən yumurta qoymağa - “bala doğmağa” başlayırlar. E.S.Suqonyayevə görə gavalı ağacı üzərində bir dişi fərd orta hesabla 800-ə qədər, O.V.Paramanovaya görə orta hesabla 597, G.Ə.Mustafayevaya görə isə alça ağacı üzərində orta hesabla 425 yumurta qoyur. Dişi fərdin qoyduğu yumurtalar qırmızımtıl rəngdə olur, uzunluğu 0,4 mm, eni isə 0,3 mm olur. Yumurta qoyulan zaman onun içərisində artıq yetkin sürfələr olur. Birinci yaş sürfələri, qırmızımtıl rəngli, uzunsov formaya malikdir. Altı buğumdan ibarət bığcıqları var. Bədənin kənarında isə on üç cüt qıllar vardır. İkinci yaş sürfələri oval formalıdır. Üzəri azacıq şişkindir. Rəngi sarı, bəzən isə qırmızımtıldır, üzərində qara nöqtələr vardır. Bədənin kənarlarında on doqquz cüt qıllar vardır. Bədənin üzəri isə ifrazatla örtülüdür. İkinci yaş sürfə mərhələsində qışlayırlar. Ağaclar çiçəkləməyə başladıqda onlar qış yuxusundan oyanaraq bitkinin şirəsi ilə qidalanmağa başlayırlar. May ayında erkək fərdlər görünürlər. Bu müddətdə mayalanma baş verir. Bir ay müddətində dişi fərd yumurta qoymağa başlayır. Sonra yumurtalardan sürfələr çıxır. Avqust ayında, ikinci yaş sürfələrə rast gəlinir ki, onlar da qışlayırlar. Sürfələr yarpaqlara keçmir, budaqlara yapışırlar. 3000-dək yumurta qoymağa malikdirlər. İldə bir nəsil verir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Gavalı yalançı yastıcası (Sphaerolecanium prunastri F.) ilk dəfə 1931-ci ildə A.D.Arxangelskaya və P. Arxangelski tərəfindən qeydə alınmışdır. Karantin növ hesab olunur. Rusiya Federasiyasında, Moldovada, Ukraynada, Qafqazda, Özbəkistanda, Türkiyədə və İranda geniş yayılmışdır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Elnarə Muradovanın dissertasiyası, 2014

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Elnarə Muradovanın dissertasiyası, 2014