Gecə bənövşəsi gecəgülü

Gecə bənövşəsi gecəgülü - (lat. Hesperis matronalis)

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik bitkidir. Gövdəsi əyilmiş, qısa budaqlı və ya uzun, hündürlüyü (15) 30-100 sm, sadə və ya qarışıq tükcüklüdür. Yarpaqları yumurtavari və ya uzunsov-lansetvari, ucubiz, kənarları diş-dişli və ya demək olar bütöv, aşağı yarpaqları saplaqlı, yuxardakılar oturaq, dar lansetvaridir. Salxımı qeyri-sıxdır. Çiçəkləri xoş ətirli, ləçəkləri bənövşəyi, çəhrayı, az hallarda ağ rəngdədir. Buynuzmeyvələri demək olar ki düz, təsbehvari, uzunluğu 5-12 sm, nazik, çılpaq və ya tüklənmişdir. Toxumları xırda, mixəyidir.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır. Dağ çəmənlərində, kolluqlarda, meşələrdə, meşə kənarlarında, çay kənarlarında bitir.[2]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.