Gendərə (Babək)

GendərəAzərbaycanın Babək rayonu ərazisində dağ. Naxçıvan çökəkliyinin şimal-şərqində yerləşir.

Gendərə dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 1089 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Vilayət

(hünd. 1089,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-şərq kənarında,  Nəcəfəlidizə kəndindən 1 km şimal-qərbdədir. Orta Miosenin Tarxan regiomərtəbəsinin üst hissəsinə aid Ərəzin lay dəstəsinin çökmə süxurlarından təşkil olunmuş hamar yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-şərq cinahında müşahidə edilən Saltaq-Kotandağ antiklinalının cənub-qərb qanadında yerləşir. Zirvə hissəsindən və şimal-şərq yamacından şimal-qərb istiqamətli faylar keçir. 

  • Naxçıvan Ensiklopediyası, AMEA, Bakı, 2002, 596 səh.