General Dynamics F-111, 1960-cı illərdə yaradılmış olan orta mənzilli bombardmançı, strateji bombardmançı, kəşfiyyat təyyarəsi, və taktiki hücum təyyarəsidir. ABŞ Hərbi Hava Qüvvələri (USAF) modelləri rəsmi olaraq “Aardvark” adlandırılmışdırlar. 1998-ci ildə USAF bu təyyarələri xidmətdən uzaqlaşdırılmışdır. Avstraliya Hərbi Hava Qüvvələrində xidmət edən F-111 təyyarələrinin ləqəbi donuzdur. SSRİ-dəki rəqibi Mikoyan-Gurevich MiG-23 təyyarələri hesab olunur.
General Dynamics F-111 Aardvark | |
---|---|
Tipi | bombardmançı |
Hazırlayan | General Dynamics |
İstehsalçı | General Dynamics |
İlk uçuş | 21 dekabr 1964 |
İstismara verilmə tarixi | 18 iyul 1967 |
İstimarının bitmə tarixi | 1998 |
İstismarçılar | |
Buraxılış sayı | 563 |
Vikianbarda əlaqəli mediafayllar |
F-111 hərbi təyyarələri dəyişə bilən geometrik qanadlar, əlavə yanacaqlı turbofan mühərriklər, aşağı hündürlükdən yüksək sürət ilə hərəkət edərkən yeri müşahidə etməyə imkan verən radarlar kimi bir çox qabaqcıl tətbiq edilmiş olan yeniliklərdə də, birinci olmuşdur. Dizaynı xüsusilə SSRİ mühəndisləri üçün yeni bir ilham mənbəyi olmuşdur. Öz dövrü üçün qeyri-adi olan texnologiyası da, müasir dövrün standart tələblərini müəyyənləşdirmişdir.
USAF əlində olan F-111 təyyarələrini orta mənzilli dəqiq bombardmanlar üçün F-15E Strike Eagle modelləri ilə, supersonik bombardman rolu üçün də Rockwell B-1 Lancer təyyarələri ilə əvəz etmişdir. Avstraliya Kral Hərbi Hava Qüvvələri (RAAF) isə əlindəki F-111 təyyarələrini 2010-cu ildə aktiv xidmətdən uzaqlaşdırmışdır.
Xidmətdən azad edilən təyyarlərin zamanları isə belə olmuşdur:
F-111 supersonik sürətlərdə uçmağı bacaran və hər cür hava şəraitində xidmət etməyə qadir olan çoxməqsədli taktiki qırıcı-bombardmançı təyyarə növüdür. Üstündə ən çox münaqişələrə səbəb olmuş xidmətdəki təyyarələrdən biri olmasına baxmayaraq USAF tarixində ən etibarlı bir şəkildə xidmət rekordunu həyata keçirmiş və hər bir hava şəraitində yüksək məhsuldarlığa malik olan hücum təyyarəsi olmuşdur.
F-111 ABŞ Donanmasının filolarını müdafiə edəcək qırıcı-önləmə təyyarələrinə olan ehtiyac ilə USAF-ın supersonik hücum təyyarəsi ehtiyaclarını bir yerdə təmin etmək məqsədilə 1962-ci ildə başladılmış (TFX) “Taktiki Sınaq Qırıcı Təyyarəsi” layihəsinin bir nəticəsidir. Bu həyata keçirilməsi olduqca çətin olan bir layihə idi. Konstruktorlar birinciliyi USAF ehtiyaclarının ödənilməsinə vermişdirlər və sonralar bu təyyarəni ABŞ Donanmasının ehtiyaclarını ödəyə biləcək bir səviyyəyə adaptasiya edə biləcəklərini fikirləşmişdilər. Uğursuz olmuş donanma modeli F-111B heç bir zaman istehsal edilməmişdir. Hərbi Hava Qüvvələri üçün hazırlanmış versiyası isə ilk uçuşunu 1964-cü ildə reallaşdırmışdır, 1967-ci ilin oktyabr ayından etibarən isə xidmətə başlamış F-111A modeli ilə F-111D, F-111E, F-111F və FB-111A strateji bombardmançı modelinin də daxil olduğu bir çox modeli istehsal edilmişdir. Bu modellərin hamısında çoxsaylı problemlər meydana çıxmışdır. TFX dizayn xüsusiyyətlərini tam mənası ilə yalnız F-111F yerinə yetirmişdir. Avstraliya Hərbi Hava Qüvvələri üçün də, F-111C modeli istehsal edilmişdir. Son F-111 1996-cı ildə təqaüdə göndərilmişdir.
F-111 ağac təpələri səviyyəsindən 18200 metr hündürlüyə qədər fəaliyyət göstərə bilən bir təyyarə olmuşdur. Pilota aşağı yaxınlaşma sürətindən dəniz səviyyəsində səs sürətinin iki mislindən daha çox supersonik sürətlərdə uçmağa imkan verən dəyişkən geometrik qanadlara sahib idi. Qanad bucağı 16°-dən 72,5°-yə qədər nizamlana bilirdi. Qabağa doğru açılmış qanadlar maksimum qanad səthini və qaldırma gücünü təmin etdiyi üçün qısa məsafəli eniş və qalxmalar həyata keçirməyi bacarırdı, əyləc paraşütü və ya “thrust reverser”a (itələmə istiqamətini dəyişdirici) ehtiyac duymurdu.
İki nəfərlik ekipajı havalandırmalı və sıxılmış xüsusi kabinə modulunda yan-yana otururdular, təhlükəli vəziyyətlərdə də, kapsulu qaçış vasitəsi kimi istifadə edirdilər. Eyni kapsul həm quruda, həm də dənizdə həyat fəaliyyətinin davam etdirilməsi üçün istifadə edilirdi. Partlayış vasitəsilə kabinədən ayrılan modul, yerə paraşüt vasitəsilə enirdi.
Təyyarənin qanadlarında və ekipaj modulunun arxa hissəsində yanacaq çənləri mövcud idi. Yalnız bu gövdə daxilində yerləşdirilmiş çənləri istifadə edərək 4.000 kilometrdən artıq məsafəni qət etmək mümkün idi. Qanad altında olan pilonlarda daşınması mümkün olan çənlər isə lazım gəldikdə atıla bilirdi.
F-111 şərti və nüvə döyüş başlığı ilə təchiz edilmiş olan silahları daşımaq qabiliyyətinə malikdir. Gövdə daxilində yerləşdirilmiş olan anbarda iki bomba və ya əlavə yanacaq daşıya bilirdi. Xarici yükü isə bombalar, döyüş raketləri və yanacaq çənlərindən ibarət idi. Qanad altındakı pilonlardan yalnız gövdəyə yaxın olanlar qanadlara bağlı olaraq hərəkət edərək daima gövdəyə paralel qalırdılar. Digər xarici pilonlar isə sabit idi, ancaq yüksək sürət üçün yükü atmaq tərtibatı mövcud idi.
Avioniklər (elektron qurğular) xəbərləşmə (xəbər alma və xəbər vermə), naviqasiya, ərazinin müşahidə edilməsi, hədəfin müəyyənləşdirilməsi və hücum edilməsi, düşmənin müdafiə sistemini çökdürmək kimi xüsusiyyətlərə malik idi. Əlverişsiz hava şəraitində və ya gecə uçuşlarında bombanı dəqiq bir şəkildə hədəfə doğru göndərə bilmək üçün bir radar bombalama sisteminə malik idi.
F-111 təyyarəsinin ərazini müşahidə radarı, təyyarənin yer üzünün konturlarını izləyərək davamlı olaraq eyni hündürlükdə uça bilməsini təmin edirdi. Bunun sayəsində təyyarə hava şəraitindən asılı olmayaraq gecə və gündüz dağların üstündən, yaxud vadilərin içərisindən uçmağı bacarırdı. Bu sistemlərə qarşı hər hansı bir şəkildə hücum edilməsi, yaxud da, bu sistemlərin hər hansı birinin işinin pozulması hadisəsi baş verən zaman, təyyarə avtomatik olaraq yuxarıya doğru qalxmaga başlayırdı.