General Kurnakovun evi

General Kurnakovun eviRostov vilayəti Novoçerkassk şəhəri ərazisində Atamanskaya küçəsi ev 28 yerləşən bina. Bina 1810-cu ildə inşa edilmişdir. Binanın adı bir çox tarixi sənədlərdə şəhərin görməli yerləri siyahısına daxil edilir[1]. Bu binada tarixə baş vermiş mühün tarixi əhəmiyyətli hərbi hadisələr qeyd edilirdi.

General Kurnakovun evi
rus. Дом генерала Курнакова
Xəritə
47°12′47″ şm. e. 38°56′14″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Novoçerkassk
Tikilmə tarixi 1810

General Semyom Kurnakovun binası şəhərdə ilk inşa edilən binalardan biridir. Binanın inşası 1910-cu ilə təsadüf edir[2]. Onun haqqında ilk məlumatlar 10 iyun 1812-ci ilə aiddir. Ancaq müasir tətqiqatçılar binanın şəhərdə ən yaxşı bina olması fikri ilə razılaşmırlar. Binanın sahibi Çerkassk şəhərində arxitektur tikililərin inşası ilə əlaqədar məsələlərə baxırdı. 1817-ci ildə binada əhəmiyyətli hadisə qeyd edilmişdir[3]: İvan Matveeviçin oğlu Matvey İvanoviç Platov evlənmişdir. Gəlin ataman Stepan Daniloviç Efremovun nəvəsi idi. 1818-ci ildə general binasında I Aleksandrın şəhərə təşlif buyurması münasibətilə ball keçirilmişdir[4]. Bir müddətdən sonra bina ataman Şeykinin mülkiyyətinə çevrilmişdir. Sonradan bina general binası olmaqdan çıxır. 1870-ci illərdə binada "Avropa" mehmanxanası yerləşir. 1930-cu ildə bina mehmanxana olmaqdan çıxarılmış və tələbə yataqxanasına çevrilmişdir. XXI əsrdən isə binada Cənubi-Rusiya Dövlət Texniki Univerditetinin tələbələri üçün yataqxana funsiyasını yerinə yetir.

General Kurnakovun evi iki mərtəbədən ibarətdir. Üstəlik zirzəmiyə sahibdir. Eyvsn və kolsnnaları olduqca iridir. Hazırda binanın önündə Aleksandrovski bağı yerləşir. Binanın fasadında çoxlu sayda pencərə vardır.

  1. "Дом генерала Курнакова//Новочеркасская централизованная библиотечная система". 2017-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.
  2. "Дореволюционная история Новочеркасска". 2016-12-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.
  3. Краеведческие записки, Том 1, Музей, 1994, С. 38
  4. "Официальный сайт города Новочеркасск". 2017-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-04.