Genişləndirmə lövhəsi – üzərində mikrosxemlər və bir-biri ilə keçirici cığırlarla birləşdirilmiş digər elektron komponentlər yerləşən və əlavə funksiyalar və ya resurslar təmin etmək üçün kompüterin şininə (verilənlərin ötürülməsinin əsas yoluna) qoşulan montaj lövhəsi. Tipik genişləndirmə lövhələrində əlavə yaddaş, disklərin kontrolleri, videoadapterlər, paralel və ardıcıl portlar, daxili modemlər gerçəkləşdirilir. Genişləndirmə lövhələrinə çox zaman, sadəcə, lövhə (BOARD) və ya kart (CARD) deyilir. Bax: EXPANSION SLOT. Daşınabilir kompüterlər (dizüstü, ovuciçi və s.) üçün genişləndirmə lövhələri, adətən, kompüterin yanlarında və ya arxasında olan yuvalara taxılan PC Card tipli lövhələr şəklində (kredit kartı ölçüsündə olur) buraxılır.[1]