Genişləndirmə paketi

Genişləndirmə paketi — genişləndirmə dəsti və ya əlavə paketi, mövcud videooyuna yeni xüsusiyyətlər vermək üçün istehsal olunan paketlərdir. Bu paketlər tez-tez oyuna yeni ərazilər, silahlar, simvol və funksiyalar əlavə edir. Həmçinin mövcud oyunun ssenarisini genişləndirir. Ümumiyyətlə, videooyunun genişləndirmə paketləri oyun təkmilləşdiriciləri tərəfindən istehsal olunur, lakin istehsalçı şirkətlər genişləndirmə paketlərini başqa bir şirkətə də düzəltdirə bilərlər.

Ümumiyyətlə, oyunun genişləndirilməsi paketlərinin qiyməti orijinal oyuna nisbətən daha aşağıdır. Genişləndirmə paketləri oyuna yeni xüsusiyyətlər gətirməyi hədəflədiyi üçün istifadəçi orijinal oyuna sahib olmalıdır. Zaman-zaman oyun istehsalçıları genişləndirmə paketlərini oyunun özü ilə birlikdə "kolleksiya versiyası" və ya "qızıl versiya" paketi kimi də satırlar.