Genter döyüşü

Genter döyüşüQanter döyüşü kimi də tanınan, 13-cü əsrin əvvəlində iki bir-birinə rəqib olan Yava hökmdarı arasında baş vermiş qanlı hərbi münaqişə. Döyüş nəticəsində bir hökmdar, Ken Arok qələbə qazanmış və rəqibinin ordusunu ölkədən qovmuşdur. Döyüşün nəticəsi olaraq, Arok Şərqi Yavada nəzarəti tam ələ almış və Racasa sülaləsinin əsasını qoymuşdur.[1]

8-ci əsrdən 12-ci əsrə qədər Yava adası müxtəlif ailələrə mənsub krallar və ziyalılar tərəfindən idarə olunurdu. Adanın şərq hissəsində əkinçilik mərkəzi olan feodal dövlətlər (Saylendra, Kediri, TumapelMacapahit krallıqları) bir-birilə şumluq torpaqlar və düyü yetişdirmək uğrunda mübarizə aparırdılar. 13-cü əsrin əvvəllərində regionda yeni siyasi qüvvənin yaradılması planı var idi.[2] Namizəd kimi irəli sürülən şəxs isə Ken Arok idi. Kəndli başçıları onun siyasi gücünü artırmaq üçün əllərindən gələni əsirgəmirdilər; Arok şəxsi ambisiyalarına görə digərlərindən fərqlənirdi. Ona görə də, onun bu xüsusiyyətləri Yava folklorunda da öz əksini tapmışdır.[3] Arok ərazisini Tumapel Krallığı ilə birləşdirmək qərarına gəldi. O, ölkənin kralı Tunqqul Ametunqun yanında baş məsləhətçi kimi çalışmağa başladı. Arok fırıldağa əl ataraq, Tunqquldan qisas aldı və onu öldürdü. Tunqqulu öldürdükdən sonra isə o, özünü ölkənin kralı elan etdi. Bəzi mənbələrə görə, Arok sui-qəsdi təşkil etməmiş və Ametunq özünü öldürmüşdür.[3][4]

Ametunqu Tumapel kralı olaraq əvəz edən Arok Tumapelin uzun müddətdir rəqibi olan Kediri Krallığına qarşı döyüşmək üçün hərbi və siyasi gücünü birləşdirməyə başlamışdır. Kediri padşahı Kertacaya da bütün qüvvələrini səfərbər etmiş və Arok ilə döyüşməyə hazır olduğunu bildirmişdir. Təxmini olaraq, 1221 və ya 1222-ci ildə Kedirinin şərqində Genter (Qanter olaraq da bilinir) adlanan ərazidə iki tərəf arasında döyüş baş vermişdir.[5] Döyüş zamanı Arok Kertacayanın (ya onu öldürməklə, ya da onu məcburiyyətlə təslim edərək) Kediri ordusunu darmadağın etmişdir.[6][7]

Genter döyüşündən sonra ağır məğlubiyyət alan Kediri Krallığı süquta uğramışdır.[6] Qarşı tərəf, yəni Genter döyüşündə qalib gələn Arok isə öz kral ailəsini qurmaq qərarına gəldi. O, Sinqasari Krallığı üzərində nəzarəti ələ alan Racasa sülaləsinin əsasını qoymuşdur.[5]

  1. Ooi, Keat Gin. Southeast Asia: A Historical Encyclopedia, from Angkor Wat to East Timor (ingilis). ABC-CLIO. 2004. ISBN 9781576077702. 2016-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.
  2. Komandoko, Gamal (2010). Student and General Encyclopedias . Widyatama Library. ISBN 9789796103713.
  3. 1 2 Kingdom, Majapahit. "Majapahit Story : The History Of Rajasa Dinasty". www.eastjava.com. 2018-08-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.
  4. "Southeast Asia: A Historical Encyclopedia, From Angkor Wat to East Timor (3 Volume Set)" by Keat Ooi. ISBN: 1576077705
  5. 1 2 Kahin, Audrey. Historical Dictionary of Indonesia (ingilis). Rowman & Littlefield. 2015-10-29. ISBN 9780810874565. 2022-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.
  6. 1 2 Cœdès, George (1968). The Indianized states of Southeast Asia. University of Hawaii Press. ISBN 9780824803681. pp. 185–187,199
  7. "History Of Kediri Regency - Kediri History". www.eastjava.com (ingilis). 2019-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.