Geokimyəvi zonalar

Bu termin akademik A. Fersman tərəfindən elmə gətirilmişdir. Ərazicə geokimyəvi zonalar (qurşaqlar) geokimyəvi yarımzonalara (əyalətlərə), horizontlara bölünməklə, həm nisbətən iri regional-geokimyəvi diferensiasiyasına, həm də coğrafi və geoloji inkişaf tarixinə görə fərqlənir. Burada elementlərin geokimyəvi davranışı, onların süxurlarda, təbii sularda, torpaqlarda və orqanizmlərdə paylanması məsələləri öyrənilir. Bütöv planeti əhatə edən geokimyəvi zonallıqla yanaşı həm də faydalı qazıntı yatağı, torpaq, mineral və s.-in özünəmxsus zonallığı mövcuddur. Məsələn, dənizlərin sahillərindən hövzənin mərkəzi hissəsinə doğru çöküntülərin fasiyal zonallığı dəyişir. Torpaqlarda, aşınma qabıqlarında, okean sularında və atmosferdə də şaquli geokimyəvi zonallıq müşahidə edilir. Geokimyəvi zonalar coğrafi mühitdən – dəniz səviyyəsi, coğrafi enlik və uzunluq, landşaft zonallığından, habelə endogen və ekzogen proseslərdən asılı olaraq geoloji inkişaf yolu keçmişdir. Bioloji mühit flora və faunanın inkişafı və təkamülü üçün mühiti, coğrafi mühitin müəyyən şərtləri üçün biogeosenozların xüsusiyyətlərini əks etdirir. Litosfer, atmosfer, hidrosfer və biosfer arasında qarşılıqlı əlaqənin xarakteri baxımından yer qabığının ən dinamik hissəsidir. Kosmosun şüa enerjisinin geokimyəvi proseslərində iştirakının və qarşılıqlı təsirinin ən aktiv geosferidir. Hipergen proseslərdə geokimyəvi miqrasiya baş verir və geokimyəvi zonaların sərhədini kimyəvi göstəricilərlə yanaşı petroqrafik, tektoniki, geomorfoloji, iqlim və s. sərhədləri təşkil edir. Metallogenik zona anlayışı ilə oxşar qanunauyğunluğa malikdir. Geokimyəvi zonalarda başlıca göstərici makrokomponentlərin – Si, Al, Fe və s. elementlərinin yaratdıqları geokimyəvi fondur. Yerin dərin zonaları ilə müqayisədə süxurların dəyişməsi, mineral komplekslərin əmələ gəlməsi daha fəal olur. Onlar tektoniki zonanın, litoloji tərkibin və geomorfoloji şəraitin də stabil olaraq qaldığı ərazi bölgüsüdür. Geokimyəvi zonalar daxilində geokimyəvi anomaliyalar üçün hemosintez prosesi, uyğun tərkibli maqmatik süxurlar kompleksi, xarakterik minerallar və sedimentasion suların ərazicə bərabər paylanması, ion mübadiləsinin hidrokimyəvi və tarixi geokimyəvi xüsusiyyətlərinin oxşarlığı səciyyəvidir. Yer kürəsinin ümumi tarixi və geoloji inkişafına uyğun olaraq torpaqların atmosfer hava qatı, təbii sular və iqlim aid özünəməxsus biogeosenoz xüsusiyyətləri ilə biosferin canlı maddəsinin formalaşdırılmasında iştirak edir.

H.L.Mustafabəyli. Geokimya terminlərinin izahlı lüğəti (azərbaycan). Şəki: Kaskad. 2017. səh. 55-56, 59. ISBN 978-9952-8330-0-3.