Geomorfoloji anomaliya — Mojayevə görə lokal sahələrin relyefini və relyef əmələgətirici proseslərini ətraf ərazilərin relyefindən fərqləndirən genetik, morfoloji, yaxud yaş xüsusiyyətləri. Mənşəyinə görə: G.a.endogen (tektonik pillə, palçıq vulkanı və s.), ekzogen (ayrı-ayrı moren tirələri, kamlar və s.) qarışıq mənşəli (dərənin morfologiyasında dəyişiklik, inkişafda olan strukturanın tağının yuyulması və s.) ola bilər. G.a.əksəriyyəti sonuncu kateqoriyaya aiddir.[1]