Georgi Ruslanoviç Balakşin — Rusiyanı təmsil edən boksçu. Ən yüngül çəki dərəcəsində 2002, 2004, 2006-cı illərdə keçirilən boks üzrə Avropa çempionatlarının qalibi. Dəfələrlə Rusiya çempionu (2000–2003, 2006–2007), 2004 və 2008-ci illərdə Rusiya Olimpiya yığmasının üzvü, boks üzrə əməkdar idman ustası (2002).
Georgi Balakşin 6 mart 1980-ci ildə Yakutiya MSSR Leninski rayonu,[1] Antonovka kəndində anadan olmuşdur. Milliyyətcə yakutdur.
2006-cı ildə M. K. Ammosov adına Yakutiya Dövlət Universitetinin Bədən tərbiyəsi və İdman İnstitutunu bitirmişdir.
2 mart 2008 – 19 aprel 2013 aralığında dördüncü çağırış Yakutiya Dövlət məclisinin deputatı olmuş,[2] 2010-cu ilin iyununda Dövlət məclisinin RF Federasiya Şurasındakı nümayəndəsi seçilmişdir.
21 mart 2013-cü ildə Saxa Respublikası İdman nazirinin birinci müavini təyin edilmişdir[3]