Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Heydər Vəzirov — Ağdaş Qəza İcraiyyə Komitəsinin sədri.
Georgi Qulumbəyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Fəaliyyəti | inqilabçı |
Georgi Qulumbəyov əslən Cənubi Osetiyadan olan hörmətli, tanınan nəslin nümayəndəsi idi. O, Çar Rusiyasının ərazinə daxil edilən Qori qəzasının Ortev kəndində 1887-ci ildə anadan olmuşdu. 1902-ci ildə dayısının köməyi ilə Tbilisi şəhər məktəbinə daxil olur. 1905-ci ildə inqilabi ruhlu dərnəyə qoşulur. Və bu maraq onu Bakıya gətirir. 1917-ci ilin aprel ayında Bakıda fəaliyyət göstərən bolşevik təşkilatınınn üzvü olur. 1917-ci il avqustun birində isə həmyerlisi Z. Ajdarovla birgə vətəninə yola düşür. Sonralar həbs edilir. Güllələnmədən çox çətinliklə qurtula bilir. Nəhayət hakimiyyətə gələn kommunistlər onu Ağdaş Qəza İcraiyyə Komitəsinin sədri təyin edirlər. Sonralar isə Ağdaş Qəza partiya komitəsinin birinci katibi seçilir. Xeyli müddət orda çalışdıqdan sonra Ağdama gəlir. Müxtəlif vəzifələrdə çalışası olur. On iki il isə Ağdam səhiyyə şöbəsinin müdiri vəzifəsində işləyir. Ömrünün son illərinədək diş həkimi işləyən G. Qulumbəyov 1970-ci ilin dekabrın 18-də dünyasını dəyişir. Öz vəsiyyətinə uyğun olaraq diş həkimini doğulduğu Ortev qəsəbə qəbiristanlığında dəfn edirlər.[1]