Geosfer

Geosfer (yun. γῆ — "Yer" və σφαῖρα — "kürə") — Yer kürəsini əmələ gətirən sferik qatların (bütöv və ya fasiləli) ümumi adı. Geosfer qatları bir-birindən kimyəvi tərkibinə, aqreqat vəziyyətinə və fiziki xüsusiyyətinə görə fərqlənir. Kənardan Yerin mərkəzinə doğru maqnitosfer, atmosfer, hidrosfer, litosfer (yer qabığı və substrat), mantiya və Yerin ayrılır. Həmçinin xüsusi təbəqələr — biosfer və coğrafi təbəqə ayrılır.[1]

  1. Geosfer // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 114-115. ISBN 978-9952-453-14-0.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]