Geriyə split

Geriyə split (Reverse split) - Dövriyyədə olan səhmlərin sayının azaldılması və bir səhmin nominal dəyərinin artırılması. Məsələn şirkət 2-nin 1-ə geriyə split həyata keçirərkən səhmlərinin sayını 2 dəfə azaldaraq hər bir səhmin dəyərini 2 dəfə artırır. Yəni iki səhmi geri çağıraraq əvəzində onların dəyərini özündə əks etdirən 1 səhmlə əvəz edir. Adətən, geriyə “split” edərkən şirkətin məqsədi heç bir şey dəyişmədən səhmlərinin bazar qiymətini artırmaqdır.[1]

 Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.91-92