Getmə (film, 2004)

«Getmə» (it. Non ti Muovere) — rejissor Serco Kastellittonun dram filmi. 2004-cü ildə Marqaret Madzantininin eyniadlı romanı əsasında ekranizasiya edilmişdi.

Getmə
Non ti Muovere
isp. Non ti Muovere
Janr dram filmi
melodram
Əsas mövzu Etiraf[d][1]
Rejissor Serco Kastellitto
Baş rollarda Penelopa Kruz
Serco Kastellitto
Klaudiya Cerini
Operator Canfilippo Kortiçelli
Bəstəkar Lusio Qodoy
İlk baxış tarixi 12 mart 2004[2]
Filmin növü Bədii film
Müddət 125 dəq.
Büdcə 12 mln $
Ölkələr İtaliya İtaliya
İspaniya İspaniya
Böyük Britaniya Birləşmiş Krallıq
Dil İtalyanca
İl 2004
Rəng rəngli
Çəkiliş yeri Molize
IMDb ID0330702

Yağış. Motosikletdə qəza alan qızı, ağır beyin travması ilə reanimasiyaya gətirirlər. Xəsarət alan Timoteo adlı cərrahın qızı Anceladır. Onu əməliyyatdan ayırırlar və ona bu kədərli hadisəni danışırlar. O aynanı açır və səki ilə gedən qadına baxır. Qadın özü ilə stul götürür, səkinin kəsişməsinə qoyur və oturur. Timoteo xatırlamağa başlayır...

Bir gün cavanlıqda gecəqonduların yanında onun avtomobili sınır. Yıpranmış, yöndəmsiz, İtaliya adında qadın telefonla əlaqə saxlamaq üçün ona kömək edir və öz evinə dəvət edir. Ev çox köhnədir, İtaliyanın babasının əmlaki idi. Amma indi sökülməlidir. O kasıb yaşayır, lakin öz həyatından razıdır.

Timoteonun rəfiqəsinə zənq çatmır və o İtaliyaya yardıma görə təşəkkür eləyir. Timoteo kafeyə gedir və avtomobilin təmir olunmasını gözləyir. Kafenin barında ona araq təklif edirlər, çünki içkilər arasında o ən soyuğudur. Bir neçə gədəh içdikdən sonra, Timoteo həmin qadının yanına qayıtmağı və bir dəfə də zəng etməyə gərar verir. Rəfiqəsinə zəng yenə də çatmır. Birdən onda evin sahibinə sahib olmaq arzusu, vəhşi ehtirası yaranır. Alkoqolun təsiri altında o dayana bilmir və onu zorlayır. Bir az özündə gəldikdə, o tələsik evi tərk edir.

Bir neçə vaxtdan sonra, o qadından üzr istəməyə gəlir. Küçədə onunla qarşılaşır və qadının etirazına baxmayaraq, onun aldığı məhsulları evə gətirməyə kömək edir. Və burada o yenidən ehtiras hissi keçirir və qadını yenidən zorlayır. Evdən gedərkən o stolun üstünə bir qədər pul da qoyur. Baş qəhrəmanın rəfiqəsi dərindüşüncəli, lakin elə də romantik və diqqətçil olmayan bir qadın kimi təsfir olunur. Timoteo qumun üstündə "mən qadını zorlamışan" yazısı qoyur, o isə buna fikir vermir.

Timoteonun işdəki kolleqaları bir-birindən fahişələrlə yatması barədə soruşurlar. Kolleqanın birisi, onun ara-sıra fahişələrin xidmətindən istifadə etdiyini və hansı fahişə ilə yatacağı barətə heç fikir vermədiyini deyir. Timoteo anlayır ki, onu amansızcasına məhz İtaliyaya çəkir. Buna baxmayaraq o nəinki rəfiqəsi ilə ayrılmır, o hətta ona ondan hamilə olması barədə təklif belə edir. Rəfiqəsi bir az tərəddüd içərisindədir və onların buna hazır olub-olmayacağını da bilmir. Keçmişin səhnələri müasir dövrlə qarışır. Bu zaman isə Baş qəhrəman stress keçirir. Onun qızına çox çətin beyin cərrahiyyəsi edirlər. Ana isterika içərisindədir. Söhbət əsanasında film seyircini yenidən keçmişə qaytarır. Timo İtaliyanı tez-tez ziyarət edir. Ona paltar üz-baxım qulluq ürünləri alır. İtaliya bir az yaxşılaşır. Tibb konferensiyasına onu özü ilə aparır. Qayıtdıqda isə rəfiqəsi ondan artıq hamilə qalır.

Lakin İtaliya da hamilədir. Bunu Timo, onun özünü pis hiss etməsi ilə öyrənir. Timo onu xəstəxanaya aparır və orada onu yoxlayır. Yoxlama nəticəsində, onun sağlamlığı normal olduğu və uşağa heç bir təhlükə dəymədiyini deyir. Uzaq səfərdən qayıtdaqda, Timoteonun həyat yoldaşı hamilə olduğunu və hətta körpəyə necə ad qoyacağını da deyir. İndiki zamanda isə Timonu çağırırlar. Onun qızı özünü pis hiss edir. O öz əlləri ilə onu həyata qaytarır, ancaq cərrahiyyə otağında çox qala bilmir. O sevdiyi qadınla, ailə arasında parçalanır, buna görə də İtaliyanı daha ziyarət etmir. İtaliya abort eləyir. O itir. Lakin şəhər səs-küyü və leysan yağış arasında Timo onu tapır və onunla yağış altında keçirir. Həyat yoldaşı Timonun ona hər şeyi danışmadığına şübhələnir. Elə həmin gündə Ancela anadan olur. Həyat yoldaşı Timonun xoşbəxt olduğunu soruşur — o isə "Əlbəttə!" — deyir. Özü isə İtaliyanın yanına gedir və uşağının anadan olduğunu deyir. Və buna görə bədbəxt olduğunu da etiraf edir. İtaliyanın evini yaxın zamanda sökəcəklər və o öz paltarlarını yığaraq köçməyə hazırlaşır, lakin qatara gecikir. Timo onu öz avtomobilinə mindirir və onun Vətəninə aparır. Moteldə o İtaliyaya onunla evlənməyə təklif edir. Birdən İtaliya özünü çox pis hiss edir. Ancelanın da vəziyyəti pisləşir. Ultrasəs müayinə göstərir ki, İtaliyanın qarın boşluğunda qanaxma baş vermişdi. Timo özü onu əməliyyat edir. Məlum olur ki, bu ağırlaşma — qaraçılar tərəfindən pis keçirilmiş abortun nəticəsidir. İtaliyanın uşaqlığını götürürlər, amma bu kömək etmir və o ölür. Ancelanın əməliyyatı uğurla bitir. O sağ qalır.

Səkidə oturan qadın itir. Bircə stul qalır. Timoteo öz şkafından İtaliyanın qırmızı ayaqqabısını götürür, onu küçəyə çıxarır və minnətdarlıqla səmaya baxır.

Rollarda
Aktyor Rol
Penelopa Kruz İtaliya
Serco Kastellitto Timoteo
Klaudiya Cerini Elza
Ancelo Finokyaro Ada
Marko Callini Manlio
Pyetro de Silva Alfredo

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]