Giləki sinaqoqu

Giləki sinaqoquAzərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsində yerləşən yəhudi icmasının ibadət evi.

Giləki sinaqoqu
Ölkə

Sinaqoqun Gilan bölgəsindən gəlmiş mühacirlər tərəfindən inşa edilmiş olduğu düşünülür. Məbədin memarı Gilel ben Xaim olmuşdur. Onun adı sinaqoqun kərpic fasadında həkk edilmişdir.

Özül daşının üzərindəki yazıdan məlum olur ki, məbəd 1896-cı ildə ucaldılmışdır. Lakin giriş qapısının üzərində başqa lövhə də var, burada isə fərqli tarix — 1857-ci il göstərilmişdir. Ola bilər ki, bu lövhə gilanlı yəhudi mühacirlərin daha əski məbədindən gətirilmiş və sinaqoqun qapısının üstünə vurulmuşdur.

Dördsütunlu dam üzərində ucalan ensiz, səkkizgüşəli günbəz bu məbədə xüsusi gözəllik verir. Sinaqoqun binasında İsrail qolunun sayına uyğun olaraq 12 pəncərə vardır. Tarixi qaynaqlardan məlum olur ki, əvvəllər sinaqoqun yanında bulaq var imiş.

  • Müəllif: Anar Əlizadə — "Cəmiyyət və Din" qəzeti