Gilbert Vernam

Gilbert Sandford Vernam (d.3 aprel 1890 — ö.7 fevral 1960) — AT&T Bell Laboratoriyasının tanınmış mühəndislərindən biri.

O 1917-ci ildə çoxəlifbalı axım şifrsi (polyalphabetic stream cipher) kəşf etmişdir və məşhur "One time pad" şifrləmə alqoritminin müəlliflərindən biridir. O 1943-cü ildə Western Union şirkəti Postal Telegraph Co. teleqraf agentliyini alana qədər bu şirkətdə, daha sonra isə Western Unionun özündə çalışmışdır. Teleqraf sahəsində ötürmələr və teleqraf şəbəkələrinin qurulmasında böyük əməyi vardır.

1,310,719 nömrəli patenti Amerikə Milli Təhlükəsizlik Agentiyi kriptoqrafiya tarixinin ən önəmlisi adlandırır.

Müasir terminologiyada Vernam şifrsi simmetrik axım şifrsi adlanır. Simmetrik axım şifrlərində şifrləmə üçün normal mətn uzunluğunda bir açar sözü götürülür və mətnlə XOR-lanır. Riyazi ədəbiyyatlarda ⊕ işarəsi XOR ifadə edir və aşağıdakı kimi tərif verilir. XOR funksiyasının dəyəri bütün girişlərin dəyəri eyni olanda mənfi, fərqli olanda isə müsbət olur. Aşağıda bu funksiya üçün doğruluq cədvəli verilmişdir.

GİRİŞ ÇIXIŞ
A B AB
+ +
+ +
+ +

Bu funksiya həmçinin qeyri-bərabərlik funksiyası da adlanır. XOR funksiyasının özəlliyi ondadır ki, A girişindəki dəyərləri B girişi ilə ardıcıl olaraq iki dəfə XORladıqda yenidən A dəyəri alınır. Buna görə də Vernam şifrlənməsində bu metoddan istifadə olunur.

Adi mətn ⊕ Açar = Şifrli mətn
Şifrli mətn ⊕ Açar = Adi mətn

Günümüzdə istifadə edilən bir çox şifrləmə alqorimlərinin kökü buna dayanır.