Gilgilçay olistoplakı

Gilgilçay olistoplakı Cənub-Şərqi Qafqazın "vəhşi" flişinin tərkib hissəsi olan konsedimentasion tektonik sürüşmə örtüyüdür və Gilgilçayın oyduğu dərin dərənin sıldırımlı yamaclarında acılan hoteriv-barrem arqillitlərinin daxilindəki üst yura əhəngdaşılarından təşkil olunmuş qalın (maksimal qalınlığı – 80 m) monobloka cavab verərək çayın hər iki tərəfində 5,5-6,0 km məsafədə uzanıb gedir. Monoblokun kənarlarında əhəngdaşılarının qalınlığı tədricən tam pazlaşmaya qədər azalır və onlar parçalanaraq əvvəlcə monomikt, sonra isə poligen olistostrom brekçiyasına keçir. Əhəngdaşılarının bünövrəsində olistoplakın və onu özündə saxlayan qarışmış süxurların qırıntılarından ibarət azqalınlıqlı tektonik brekçiya (çöküntü melanjı) açılır.

Gilgilçay olistoplakı
Yerləşməsi
Ölkə  Azərbaycan

"Azərbaycan Respublikasının Geoloji İrsi" // Bakı, "Nafta-Press" nəşriyyatı, 2013