Gilli səhra — geniş yayılmış səhra tipi, arid zonada dənizin, gölün, çayın provülial və delivüal gilli çöküntülərində inkişaf etmişdir. Duzlu süxurlardan təşkil olmuş çöküntülərin (mergel, gil) üzərində halofitli şoranlıqlar və qədim çayların deltalarında-çılpaq (bitki örtüyündən məhrum) takırlar əmələ gəlir.[1]