Gilzaylar—Əfqanların qolu.
Əsas əfqan tayfalarından biri Gilzaylardır (gil-oğru, zay-isə oğlu deməkdir) türk və ya əfqan mənşəli olduqları uzun müddət mübahisə mövzusu olmuşdur. Gilzaylar özlərini Nuhdan başlayaraq İran hökmdarı Zahakdan keçərək gəldiyini iddia edirlər. Türk mənşəli versiyasını irəli sürənlər gilzayların türk tayfası olan xələclərin törəmələri ölduğunu bildirirlər. Gilzayların tarix səhnəsində fəallaşması I Şah Abbasın hakimiyyəti dövrünə təsadüf edir. Belə ki, bu vaxt onların davamlı hücümları nəticəsində Abdal əfqanları Qəndəharı tərk edərək , qonşu Herata çəkildilər. Zəmindavar və Qəndəharda ən güclü tayfaya çevrildilər. Qəndəharın gah moğolların gah da Səfəvilərin əlinə keçməsindən gilzaylar öz mənafelərinə uyğun şəkildə istifadə etmək fürsətini əldən vermirdilər, lakin gilzaylar sunni təriqətinə mənsub olmalarına baxmayaraq, üstünlüyü Səfəvilərə verirdilər. Lokhart bunun səbəbini Şah I Abbasın onlara tolerant və liberal münasibəti olduğunu göstərirdi.[1]