Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası

Professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası — xroniki xəstəlikləri olan (yuxarı tənəffüs yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anamiya yüngül formaları və s.) uşaqların müalicəsi üçün fəaliyyət göstərir. Uşaqlar burda fizioterapevtik, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar.

professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası
Növü Tibbi mərkəzi
Qeydiyyat tarixi 1914
Rəsmi dili Azərbaycan dili

Tarixi[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyəti dövründə xalq səhiyyə naziri Yevsey Yakovleviç Gindes adını daşıyan Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası 1914-cü ildən fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisinin başa çatdırılması məqsədilə 11 468 300 manatı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ayrılıb[1].

Fəaliyyət istiqamətləri[redaktə | mənbəni redaktə et]

Səhiyyə Nazirliyinin tabeliyində 11 sanator tipli müəssisə var, bunlardan 3 vərəm, digərləri somatik tipli sanatoriyalardır: Respublika Uşaq Sanatoriyası 0-17 yaş üzrə uşaqları qəbul edir.

Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından (076 forma) göndəriş alaraq müraciət edə bilərlər. Yalnız 0-6 yaşadək və sağlamlıq imkanları məhdud olan 2-17 yaş uşaqlar sanatoriyada anaları ilə birgə qala bilər.

Sanatoriyalar əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüs yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anamiya yüngül formaları və s.) uşaqlar qəbul olunur. Uşaqlar burda fizioterapevtik, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar.

Xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə aşağıdakı sanatoriyalarda müalicə ala bilərlər.[2]

Vərəmlə mübarizə[redaktə | mənbəni redaktə et]

Azərbaycan vərəmlə mübarizə tədbirlərini ən yaxşı təşkil edilən ölkələrdən biridir. Ölkəmizdə də ictimai sağlamlığın əsas məsələlərindən olan vərəmlə mübarizədə dövlət proqramı[3] və Milli Strategiya[4] qəbul edilib, ixtisaslaşmış tibb müəssisələri tikilib, müasir yanaşma tətbiq olunub. Respublikamızda rəsmi qeydiyyata düşən vərəm xəstələrinin müayinəsi və müalicəsi tam dövlət hesabına həyata keçirilir.

Yenidənqurma[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib. Sanatoriya üçün 300 çarpayılıq beşmərtəbəli yeni bina inşa edilib. Sağlamlıq müəssisəsində müasir avadanlıqla təchiz olunmuş laboratoriyalar, şüa-diaqnostika, poliklinika, fizioterapiya şöbələri fəaliyyət göstərəcək. Sanatoriyaya uşaqlar 6 yaşa qədər və 7-17 yaş qrupları üzrə qəbul edilir. Sanatoriyada stasionar şəraitdə müalicə alan uşaqların 11 illik təhsili təşkil olunacaq və beləliklə, onların təhsillərində fasilələr yaranmayacaq.

Prezident İlham Əliyev sanatoriyanın fizioterapiya, rentgen otaqlarında, kliniki laboratoriyada, yeməkxanada, akt zalında, kitabxanada, palatalarda, sinif otaqlarında yaradılan şəraitlə tanış oldu.[5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Bakı şəhərində professor Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının tikintisi ilə bağlı əlavə tədbirlər haqqında". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  2. "Səhiyyə Nazirliyi: Əksər sanatoriyalarda ümumi vəziyyət qənaətbəxşdir". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  3. "Azərbaycanda vərəmlə mübarizə üzrə yeni proqram qəbul olundu". 2016-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  4. "Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı". 2022-08-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  5. "İlham Əliyev Bakıda Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyasının açılışında iştirak edib". 2022-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.