Gizel (kənd)

Gizel (Oset. Джызæл) kəndi Şimali Osetiyanın Priqorodnı rayonunda yerləşir. Eyni adlı kəndin inzibati mərkəzidir. Kənddə Respublika sanatoriya internat məktəbi var və eyni adlı hərbi aerodrom fəaliyyət göstərir.[3]

Gizel
43°02′21″ şm. e. 44°34′12″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 8.153 nəf. (2023)[2]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 363125
Xəritəni göstər/gizlə
Gizel xəritədə
Gizel
Gizel

Kənd Vladiqafqazdan 8 km qərbdə, Gizeldon (qərbdə) və Qara (şərqdə) çayları arasında yerləşir. Kəndin şimal-qərb kənarında Koban və Karmadon dərələrinə gedən yol başlayır. [4]

Kənd 1867-ci ildə qurulmuşdur, digər mənbələrə görə kənd 1858-ci ildə qurulmuşdur. Kəndin yerləşdiyi yerdə 1858-ci ilə qədər Taqaurski soyadları olan aullar Mamsurov, Kanukov, Kunduxov və Dzantiev var idi.

1825-1830-cu illərdə taqaur aldarları olan bir neçə ailə dağlardan çayətrafına doğru hərəkət etdi və Gizeldon çayı boyunca hər ailə ayrı-ayrılıqda özləri üçün müvəqqəti binalar tikdi. Taqaur aldarlarının bu yerlərə köçürülməsindən iki-üç il sonra, hökumətin əmri ilə digər dərələrdən olan digər osetinlər köçməyə başladılar və bir neçə il ərzində beş kənd qurdular və onlara həmin aldarların adları verildi. 1858-ci ildə hökumətin göstərişi ilə bütün bu kəndlər Gizel adlı bir kənddə birləşdirildi.[5]

1941-1945-ci illər Böyük Vətən Müharibəsi zamanı kəndin şərq kənarında cəbhə xətti keçdi, kənd 1 noyabr 1942-ci ildə ələ keçirildi. [6] Alman qoşunları Ordjonikidzeyə (indiki Vladiqafqaz) irəlilədilər, ancaq şəhəri ala bilmədilər. 9 Noyabr 1942-ci ildə Gizelin kənarında, sibirli Pyotr Barbaşyov (soyadının başqa bir variantı Barbaşov), hərbi bölümün uğurlu irəliləməsini təmin edərək, düşmən atəşini öz bədəni ilə bloklamışdı. Bu şücaətinə görə Peter Barbaşov ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Gizelin girişində yol boyunca Barbaşov üçün bir abidə var. Venqerovo kəndində, onun adına küçə[7], Novosibirskdə 171 nömrəli Barbaşov adına məktəb var.[8] [9] 11 noyabr 1942-ci ildə Gizel kəndi azad edildi, faşist qoşunları yenidən Fiaqdon çayına çəkildi. Gizeli bölgəsində 140 tank, 7 zirehli maşın, 70 silah, 95 minaatan, 183 motosiklet və bir çox müxtəlif hərbi texnika ələ keçirildi. Hücumlar nəticəsində kənd demək olar ki, tamamilə məhv edildi.[10]

2010-cu il Ümumrusiya Əhali siyahıyaalmasına görə kəndin milli tərkibini 96,8 % osetinlər, 1,5 % ruslar və 1,7 % digərləri təşkil edir.[11]

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. https://rosstat.gov.ru/compendium/document/13282 (rus.). Росстат, 2023.
  3. "Село Гизель Пригородный район Северной Осетии". 2020-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  4. "Карта села Гизеля в Северной Осетии". 2023-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  5. Цагаева А. Д. Топонимия Северной Осетии Ч.2. — Орджоникидзе, 1975.
  6. материал в газете «Народы Кавказа»[ölü keçid]
  7. "Администрация Петропавловского 2-го сельсовета Венгеровского района новосибирской области. Историческая справка". 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  8. "Ykazka.ru: «муниципальное образовательное учреждение средняя общеобразовательная школа № 171 имени Героя Советского Союза П. П. Барбашова»". 2019-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  9. «В 1998 году поступил в 1А класс МОУ СОШ № 171 имени героя советского союза П. П. Барбашова»
  10. "Пригородный район Россия - ГИЗЕЛЬ". 2019-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.
  11. "Том4. Таблица 4. Национальный состав РСОА по муниципальным образованиям по переписи 2010 года". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-10-31.