Godizm

Godizm — İlahi cərəyan. Tanrının tək ilahi və fövqəltəbii varlıq olduğunu, tanrı tərəfindən göndərildiyi iddia olunan peyğəmbərlərin tanrı elçisi olmadığını iddia edən təriqət.

Haqqında[redaktə | mənbəni redaktə et]

Godizmi qəbul edən şəxslər Godist adlanır. Godizmə görə tanrının insanlara çatdırmaq istədiyi hər şey instikt vasitəsilə verilmişdir. Həmin işi görən dini kitabların əslində tanrı tərəfindən göndərilmədiyi və peyğəmbərlərin başçılığı ilə insanları müəyyən bir idealogiyada birləşdirmək, onların idarə olunmasını asanlaşdırmaq və bəzi pis əməllərdən insanları çəkindirmək üçün tərtib olunduğu fikri Godizmin əsasını təşkil edir. Dini kitablarda qeyd olunan günah və savab əməllərin ayrışdırılması məsələsini isə Godizm insanların öz öhdəsinə buraxır. Belə ki, hər hansı bir əməli törədən insana görə etdiyi hərəkət həmin anda günahdırsa günah, savabdırsa savab sayılır.

Godizmə görə hər kəs bərabər yaradılıb və yarandığı gündən düşdüyü şəraitdən asılı olaraq formalaşıb. İnsanların xasiyyətləri və zəka səviyyələri tanrı tərəfindən fərqləndirilməyib.

Godizm axirət anlayışını da əsassız hesab edir. Godistlərin fikrincə insanların mükafat və cəzaları bu dünyada verilir.

Godist olmaq üçün sadəcə Allaha yox, tanrı hesab edilən büt və yaxud digər gözəgörünməz varlıqlara itaət etmək, bir sözlə ateist olmamaq kifayətdir.

Godizm faktiki olaraq deizmə yaxın görünsə də mahiyyətcə islama və İsa təlimlərinə (xristianlığa) daha yaxındır. Lakin Godizm Qurani-KərimdəBibliyada yer alan cihat, şeytan, cin, ruh və s. kimi terminləri qədiyyətlə rədd edir, dini mükəlləfiyyətlərin mövcudluğu fikri ilə razılaşmır.

Godizm Azərbaycanda çox kiçik arealda yayılmışdır.