Google Adsense — Google şirkətinin tərkibində olan bir reklamçılıq saytıdır. Adsense vasitəsilə "YouTube" kanallarından, saytlara banner yerləşdirərək pul qazanmaq olar. Reklam başına yayımçıya verilən məbləğ onun yaşadığı ölkədən asılıdır.
Google AdSense | |
---|---|
URL | adsense.google.com |
Tipi | proqram təminatı |
Sahibi | |
Vikianbarda əlaqəli mediafayllar |
AdSense ayrıca reklam yerləşdirənlərə xüsusi veb və ya sayt axtarışlarını təklif etməyə imkan verir. Beləliklə, yayımçılar axtarış nəticələri səhifələrində görünən reklamlarla da pul qazana bilərlər.
AdSense texnologiyası, səhifələrə hədəfləmiş reklamlar nümayiş etdirməyi hədəfləyir. Buna görə məzmun dəyişdikcə reklamlar da dəyişir. Eynilə, yayım haqları reklam məzmununa görə dəyişir.
Qazancın, baxış sayı və klik başına olmaqla 2 fərqli yolu vardır. Qazanc metodu reklam verən tərəfindən müəyyən edilir.
Veb saytları üçün, Adsense proqramına bir reklam verən kimi qoşulmaq əvvəlcədən müraciət və müraciətin nəzərdən keçirilməsi ilə mümkündür. Proqramda iştirak etmək əvvəlkilərdən daha çətin olmuş, ciddi proqram siyasəti və saytlar üçün keyfiyyət meyarları artırılmışdır. Həftədə 25 dollardan az qazanan yayımçılar üçün e-poçt dəstəyi yoxdur. Yayımçıların hesabları çox vaxt xəbərdarlıq edilmədən dayandırılır.[1]