Googlewhack

Googlewhack <quql-vək> – (slenq) Google sisteminin axtarış sətrində dırnaqdan istifadə etmədən iki “qanuni” söz yığıb yeganə nəticə almaqdan ibarət olan oyun. Bu oyunun son məqsədi ekranda axtarışın nəticəsi olaraq belə bir bildirişi görməkdir: Results 1-1 of 1. Belə sorğu “quqlvək” adlanır. Əgər tapılmış Googlewhack şəbəkədə dərc olunarsa, tezliklə o, böyük ehtimalla, bu kateqoriyaya aid olmayacaq, çünki bu söz birləşməsinə görə axtarış nəticələrinin sayı artacaq.

Hesab edilir ki, bu oyun Google sistemində nadir axtarış sorğularının araşdırılması zamanı Qeri Stok (Gary Stock) tərəfindən düşünülüb. Googlewhack 2002-ci ildə xüsusilə populyar idi. http://googlewhack.com Arxivləşdirilib 2019-01-27 at the Wayback Machine saytında ən məşhur “quqlvək”lərlə tanış olmaq olar (əlbəttə, onlar indi belə deyillər).

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.