Gopu

Gopu- Yaz vaxtı durnaların gəlişini təsvir edən, həm oyun, həm də rəqs xüsusiyyətlərini özündə əks etdirən bu rəqs ta qədim zamanlardan bu günə kimi Azərbaycan xalqının sevə-sevə ifa etdiyi məşhur rəqslər silsiləsinə daxil edilən yallı növüdür. İndi onu yalnız Şərur və Kəngərli rayonlarında ifa edirlər.

Bu rəqs oyun tərzinə görə “gopu” adlanır. Adətən qadın və kişilərin iki sıraya düzülüb ifa etdikləri yallıda ifaçıların lovğalıqla, özlərini çəkə-çəkə rəqs etdikləri (gop etdikləri) “Gopu” üç hissədən – asta, orta və cəld hissələrdən ibarətdir.

Azərbaycan xalqına məxsus “Gopu” rəqsi Naxçıvan Muxtar Respublikasının Kəngərli Rayonunun Mədəniyyət və Turizm Şöbəsi nəzdində fəaliyyət göstərən folklor kollektivinin repertuarına daxil edilməklə ifa olunmaqdadır.[1]

  1. "Arxivlənmiş surət". 2015-04-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2010-01-22.