Govurarx (Mil)

Govurarx - Mil düzündə qədim suvarma kanalı.

Tarixi[redaktə | mənbəni redaktə et]

Araz çayından Qarqar çayınadək uzanırdı. E.ə.I minilliyin sonuna aid edilən bu arx monqol hücumları zamanı dağıdılmış, XVI əsrin sonunda Teymur tərəfindən bərpa edildiyindən onun mənsub olduğu tayfanın adı ilə Barlas adlandırılmışdır. XVIII əsrdə Nadir şahın dövründə yenidən dağıdılmış bu arxın yatağında Sovet hakimiyyəti illərində Orconikidze adına kanal çəkilmişdir. Kanal Mil düzünün suvarılmasına xidmət edirdi. Muğan düzündə qədim suvarma kanalı Araz çayından başlayıb indiki Biləsuvar rayonu ərazisindən keçirdi. Sasanilər dövründə çəkildiyi ehtimal edilir. Kanalın kənarında salınmış bir neçə qədim yaşayış məskəninin qalıqları var. Əvvəllər atəşpərəstlərə verilən gəbr adı sonralar türkdilli xalqlarda kafir və ya gavur kimi işlənərək, ümumiyyətlə "dinsiz" hesab edilən xalqlara aid edilirdi. Hidronimlər "gavurların çəkdiyi arx" mənasında da izah olunur.

Azərbaycanda islamdan əvvəl tikilmiş bir çox qalalar, qurğular, tikililər gavurların adı ilə adlandırılmışdır: Gavurqala (Naxçıvan, Ağdam, Oğuz, Şəki, Qəbələ), Gavurxana (Qəbələ r-nun Vəndam kəndi) və s. Türkmənistan, Qaraqalpaq Respublikasının Biruni r-nunda da Gavurqala adlı toponimlər qeydə alınmışdır.[1]

Bərpası[redaktə | mənbəni redaktə et]

Mil-Qarabağ düzündə yerləşən, Beyləqan rayonundan başlayıb Ağcabədi rayonunda Qarqarçayına tökülən Govurarx arzeoloji qazıntılar zamanı miladdan öncə I minilliyin sonlarında çəkilmiş və erkən orta əsrlərdə daha da təkmilləşdirilib. XIV əsrin sonlarında Əmi Teymur tərəfindən bərpa edilmiş,Barlas arxı adlanmışdır. Nadir şahın dövründə dağıdılmışdır.XIX əsrdə Həmidə xanım Cavanşir Govurarxı çəkdirmək qərarına gəlir. Tiflisdə keçirilən Pambıqçıların XIII qurultayında deyir : " Mil-Qarabağ düzünü mümkün qədər su ilə təmin etmək lazımdır. Bu səhranı suvarmaq üçün Arazdan kanal çəkmək və onu Gavur arxı ilə birləşdirib Lənbəran kəndinədəjk uzatmaq lazımdır. Yeri gəlmişkən xatırlatmaq istəyirəm ki, 1856-cı ildə bu arxı mənim mərhum atam Əhməd bəy Cavanşir çəkdirmişdir"[2].

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Mil düzü

Xarici keçid[redaktə | mənbəni redaktə et]

https://www.abduyev.pdf[ölü keçid]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007,
  2. Süleyman Kəbirli,Kəbirlilərin geneologiya tarixindən,Bakı,2017,səh..178-181