Guman Xocayev (Tam adı: Guman Əvəz oğlu Xocayev (Qocayev); d.1942, Cəmilli - ö.20 fevral 1991, Şuşa) — Şəhid
Guman Xocayev(Qocayev) | |
---|---|
Guman Əvəz oğlu Xocayev | |
Doğum tarixi | |
Doğum yeri | Cəmilli |
Vəfat tarixi | |
Vəfat yeri | Şuşa |
Vəfat səbəbi | Şəhid |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Həyat yoldaşı | Ulduzə Valeh qızı Xocayeva |
Uşaqları | Saidə Xocayeva, Səbirə Xocayeva, Elşən Xocayev, Nizami Xocayev, Şəfəq Xocayeva, Sevda Xocayeva. |
Milliyyəti | azərbaycanlı |
Guman Xocayev 2 iyun 1942-ci ildə Cəmilli rayonunda anadan olmuşdur. 1965-ci ildə ailə həyatı qurmuş və Xankəndinə köçmüşdür. 1961–1965-ci ildə isə hərbi xidmətdə olmuşdur.
1965-ci ildə Ulduzə Valeh qızı Xocayeva ilə ailə həyatı quran Guman Qocayev 6 övlad sahibi olmuşdur.
Güman Xocayev və 15 yaşlı oğlu Elşən Xocayev 1990-cı ildə erməni terrorçuları tərəfindən qurğu qurularaq girov götürülmüş və Xankəndi həbsxanasında həbs olunmuş, 10 gündən sonra Xalq Cəbhəsi tərəfindən geri qaytarılmışdır.
1991-ci il fevral ayının 20-də 《KamAz 5511》 markalı 25-31 AQT nömrəli avtomaşın Stepanakert Şuşa yolunda - 《Zərin bağı》 deyilən yerdə partladılmış, nəticədə Guman Xocayev(Qocayev) ölmüş, sürücü İlham Allahverdiyev isə çox ağır yaralanaraq xəstəxanaya aparlımışdır. Ayın 21-də İlham Allahverdiyev xəstəxanada dünyasını dəyişərək şəhid olmuşdur. Azərbaycandan olan SSRİ xalq deputatları- V.H.Cəfərov, Y.İ.Abbasov, H.R.İbrahimov, M.N.Hacıyev, O.Ə.Əhmədov, M.R.Məmmədov, L.V.Baruşeva, P.Ə.Əzizova fevralın 22-də SSRİ Ali Sovetinin sessiyasında bəyanat vermişlər. Bəyanatda deyilir:
Müntəzəm olaraq ölkədə ictimai-siyasi tədbirlərin keçirilməsi ərəfəsində erməni bandit dəstələri tərəfindən QDMB-də onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirmək məqsədi ilə azğın cinayətlər törədilir. SSRİ Ali Soveti 5-ci sessiyasının işlədiyi günlərdə bir qəddar cinayət əməli törədilmişdir. Fevralın 20-də Stepanakert-Şuşa yolunda 《KamAz》 avtomaşını erməni terrorçuları tərəfindən partladılmışdır. Hadisə yerində milliyyətcə Azərbaycan vətandaşı olan bir nəfər ölmüş, bir nəfər isə yaralanmışdır. Bütün bunlar SSRİ Prezidentinin SSRİ qanunvericiliyi ilə nəzərdə tutulmamış silahlı dəstələr yaradılmasını qadağan etmək və silah qanunsuz saxlandığı hallarda onu geri almaq haqqında 25 iyul 1992 tarixli Fərmanının DQMB ərazisində yerinə yetirilməməsinin birbaşa nəticəsidir. Biz Azərbaycandan olan SSRİ xalq deputatları SSRİ Prezidentinin həmin Fərmanının dərhal yerinə yetirilməsini, qatillərin aşkar edilməsini və ciddi cəzalandırılmasını tələb edirik. |