Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər.
Hökümə Xəlilova (azərb. Hökümə Bəhrəm qızı Xəlilova; d. 8 mart 1960, Tovuz, Cəlilli) — Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Türkel" Fondunun prezidenti, jurnalist-filoloq, Qırğızıstanın “Əməkdar mədəniyyət işçisi”[1]
Hökümə Xəlilova 1960-ci il mart ayının 8-dəTovuz rayonununCəlilli kəndində anadan olub. O, orta məktəbi 1977-ci ildə bitirdikdən sonra 1980-ci ildə Qırğızıstan Rus Dili və Ədəbiyyatı İnstitutunun Filologiya fakültəsində oxuyub.
2003-cü ildən Manas TV Radiosunda Dostluq Körpüsü proqramının aparıcısı və redaktoru;
2007-ci ildən Qazaxıstan Dövlət radiosu — türkcə və azərbaycanca efirə çıxan verilişlərin müəllifi və aparıcısı;
2007-ci ildə Dünya Ahıska Türkləri Mətbuat Mərkəzinin həmsədri;
2007-ci ildən başlayaraq Qazaxıstan Azərbaycanlarının "Vətən" qəzetinin baş redaktoru;
2005-ci ildə "Türkel" qəzetinin və "Türkel Ekspress" əlavə qəzetinin redaktoru;
2007-ci ildə "Altın körpü" jurnalının redaktoru;
2017–ci ildə Azərbaycan Prezidentinin çağırışına cavab olaraq qurulan Almatı və Bişkek Mərkəzli Golden Bridge News Xəbər Agentliyinin redaktoru;
2018-ci ildən Türkiyənin Tek Rumeli TV və Bengü Türk TV Orta Asiya və Qafqazlar şöbəsinin təmsilçisi;
2018-ci il iyun ayından Qırğız Dövlət TV həftəlik Dostluq Körpüsü verilişinin aparıcı-müəllifi;
Qırğız Parlamenti və Xarici İşlər Nazirliyi Mətbuat Mərkəzinin üzvü, Türkiyə Xəbər Agentliyinin Orta Asiya təmsilçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Qazaxıstan Xalqları Assambleyası yanında "Baş redaktorlar klubunun" üzvü;
Hökümə Xəlilova "Xocalı soyqırımı"(qırğızca), "Sürgün", "İçimdə ağlayan Krım", "Pridçenko-100 kitablarının", "Həyatın içindən-Ahıska sürgünü", "İnsan və Əmək", "Keçmişi olmayanın gələcəyi yoxdur" və onlarla kiçikmetrajlı filmlərin müəllifidir.