Hörmüz döyüşü — 1622-ci ildə baş vermişdir. 10 həftəlik mühasirədən sonra İngiltərə-Səfəvi dövlətlərinin müttəfiq qoşunları qaladakı portuqal qarnizonunu məğlub etməyi bacarırlar. Bununla da Fars körfəzində İngiltərə ilə Səfəvi dövlətinin ticarət yolu açılmış olur.[1] Hörmüzün Səfəvilər tərəfindən geri qaytarılmasından əvvəl Portuqaliya təxminən bir əsr idi ki, buranı özünə tabe etmişdi. Hörmüz 1507-ci ildən Portuqaliyaya tabe idi, buranı portuqal sərkərdə Alfonso de Albuerque tabe etmişdi. Bu yer vasitəsilə portuqallar Hindistan ilə Avropa arasındakı bütün ticarəti öz nəzarətlərinə keçirmişdilər.[2][3]
Hörmüz döyüşü | |||
---|---|---|---|
| |||
Tarix | 1622 fevral – 1622 aprel | ||
Yeri | Hörmüz adası, İran körfəzi | ||
Səbəbi | Hörmüzün Portuqaliya tərəfindən ələ keçirilməsi | ||
Nəticəsi | İngiltərə-Səfəvi ittifaqının qələbəsi | ||
Ərazi dəyişikliyi | Hörmüz Səfəvi dövlətinə birləşdirildi | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
İngiltərə tərəfi müharibədə Ost-Hind şirkəti tərəfindən təmin edilən 5 döyüş gəmisi və 4 kiçik gəmi ilə təmsil olunurdu. Səfəvilər isə ingilislərlə ittifaq qurulana qədər artıq müharibəyə başlamışdılar. I Şah Abbasın qoşunu portuqalları Qeşm adasındakı qalada mühasirəyə almışdı. I Şah Abbas ümid edirdi ki, ingilislər onlara yardım edəcək. Onun əmri ilə Allahverdi xanın oğlu İmamqulu xan ingilislərlə danışığa başladı və onların dəstəyini əldə etməyi bacardı. Qarşılığıda isə Səfəvi dövləti İngiltərətə ipək ticarətində güzəştlər verməli idi. Bundan əlavə tərəflər Hörmüzün gömrük gəlirlərinin və toplanılacaq qənimətin paylaşılması, əsirlərin öz inanclarına uyğun olaraq ölkələrinə verilməsi və döyüşdə iştirak edən İngiltərə donanmasının xərcinin yarısının Səfəvilər tərəfindən çəkilməsi məsələlərində də razılığa gəldilər.[4]
Qələbədən iki həftə sonra - 10 fevral tarixində böyük qızılbaş ordus Hörmüzə çıxarıldı, bölgə tez bir zamanda ələ keçirildi sürətlə şəhəri ələ keçirdi və İskəndər bəy Münşi tərəfindən "qala tikmək sənətində frankların məharətinin görkəmli nümunəsi" kimi təsvir edilən qalanı mühasirəyə aldı. Dənizdən qalanı bombardman edən ingilislər təkcə qalanı deyil, həm də qala divarlarının yanına sığınan portuqal gəmilərini də bombardman etdilər. Qişmdə olduğu kimi ingilis toplarından quruda batareya təşkil edilmişdi. Bu dəfə portuqallar inadlı müqavimət göstərdilər. 17 martda qala divarlarından birinin dağıdılmasından sonra qızılbaşlar hücum keçsələr də, qalanı ələ keçirə bilmədilər. Portuqal qarnizonu bu qədər şiddətli müqavimət göstərməkdə yaxın müddətdə Qoadan yardım gələcəyinə ümid edirdilər. Belə bir yardım gəlsə də, çox az döyüşçüdən ibarət olmaqla birlikdə, döyüşə çox gec qatıla bildi. 23 aprel 1622-ci ildə iki aylıq şiddətli müqavimətdən sonra qızılbaşların qalanı ələ keçirəcəyi zaman qırğın həyata keçirəcəyindən çəkinən portuqallar təslim oldular.[5][6]
Bununla da İran körfəzindəki bir əsrlik portuqal hakimiyyəti beləcə sona çatdı. Fiqueroa bu faciəni axmaq ispan-portuqal aqressiv siyasəti ilə əlaqələndirir:
Şuranı xüsusən də ingilislər kimi bacarıqlı bir millət tərəfindən dəstəklənən belə bir qüdrətli Krala Şah Abbasa qarşı müharibə etmək və ona öz ölkəsində hücum etmək kimi axmaq bir işə kimin məcbur etdiyini söyləməyə cəsarət etməyəcəyəm...Hindistanda kiçik qüvvələrin mövcudluğuna baxmayaraq, hər şeydən əvvəl bu qala və Hörmüz bölgəsi açıq-aşkar qaçılmaz məğlubiyyətə və ilk hücum edən tərəfin mərhəmətinə buraxılmışdır.[6] |
Sağ qalmış portuqal döyüşçüləri və qadınlarla uşaqlar Məskər və Sohara aparıldılar. Yenə də portuqallarla birlikdə döyüşən müsəlmanlar edam edildilər. Hörmüz mühüm mal-dövləti ilə birlikdə yağmalandı. Monnoks bunu belə təsvir edir:
Səfəvilər və ingilislər elə bir şəkildə talan etməyə başladılar ki, mən bunu görəndə həm kədərləndim, həm də utandım; lakin bunun üçün heç bir çarə tapa bilmədim.[6] |
Qızılbaşlar xüsusilə ələ keçirdikləri portuqal toplarınnı gücündən təsirlənmişdilər. Bu toplar İsfahana aparıldı və şah sarayının qarşısında sərgiləndi. İsgəndər bəy Münşi bu topları "hər biri Frank top düzəldənlərin sənətlərinin şah əsəri idi" deyə təsvir etməkdədir. Daha sonra ingilislər qızılbaşların qənimət paylarından çoxunu götürdüklərindən şikayətləndilər. Onlar həmçinin qızılbaşların qalanın mühasirəsi üçün daimi olaraq iki gəmi buraxmadıqları halda qalanın işğalında iştirak edə bilməyəcəkləri ilə bağlı tələblərindən də narahatlıq duydular və buna görə də, Hörmüzdən sonra qızılbaşların birlikdə Məskətdəki portuqallara hücum etmək təklifini rədd etdilər.[7] Həmçinin ingilislərin qələbə nəticəsində ələ keçirdikləri qənimət qızılbaşlar tərəfindən ucuz qiymətə satın alındı.[8][7]
Hörmüz ələ keçirildikdən sonra oranın Abbas üçün artıq elə bir əhəmiyyəti qalmamışdı. O, bütün ticarət dövriyyəsini daha yaxşı qoruya bildiyi, əvvəllər Gembrun, bundan sonra isə şahın adına Bəndər-Abbas adlandırılan limana köçürdü.[9] Bu bölgə sürətlə böyüdü və ingilis ticarət gəmilərinin giriş bölgəsi olan Caskın funksiyalarını da öz üzərinə götürdü. Qısa müddət sonra buraya Holland Şərqi Hindistan Ticarət Şirkəti də ingilislərin əvvəlcə müttəfiqi, daha sonra isə rəqibi kimi müdaxil olmağa başladı. Portuqaliyalılar bölgədəki torpaqlarını itirdikdən sonra bir neçə dəfə buraları geri qaytarmaq üçün cəhdlər etdilər. 1625-ci ilin 11 fevralında Hörmüzdə portuqal gəmiləri ilə ingilis-holland gəmiləri arasında döyüş baş tutdu. Sahildən seyr edən Səfəvi ordusunun od və tüstü çıxaran gəmiləri görəndə heyrətləndikləri deyilir. Döyüş heç bir tərəf üçün mütləq qələbə ilə nəticlənməsə də, Hörmüz üçün portuqallar bundan sonra heç bir təhlükə törədə bilmədilər. Həmin il portuqallar, avropalılar arasında rəqabətin yalnız onun xeyrinə ola biləcəyini görən Abbasın yanına gəldi və onlara bir fabrik qurmağa və Konqda sahildə qala tikməyə icazə verdi. Portuqallar həmçinin Bəsrənin Osmanlı paşası olan hakimi ilə də yaxşı münasibətlərini davam etdirdilər. Bəsrə hakimi İstanbuldan əldə etdiyi daxili müstəqilliyin qorunması üçün portuqallarla yaxşı münasibətləri əhəmiyyətli hesab edirdi.[7]
Hörmüz ələ keçirildikdən sonra iki dövlətində monarxiyası birləşdiyi üçün ispan kralı ingilis hökümətinə hərbi müdaxilə üçün etiraz edib izahat tələb etdi. İzahat olaraq bildirildi ki, şirkət Səfəvi imperiyasının məcbur etməsi ilə döyüşə daxil olmuşdur. İngilis kralı I Ceyms və onun sevimlisi Bukinqem hersoqu portuqal etirazları üçün narahat deyildilər və əldə edilmiş qənimətdən pay almaq fikrində idilər. Bukinqem hersoqu, Ali Lord Admiral olaraq, Şərqi Hindistan şirkətinin gəmilərinin son illərdə həm Portuqaliyadan, həm də Hörmüzdən ələ keçirdiyi qənimətin onda birini almaq hüququna malik olduğunu iddia etdi. Bu, 100.000 funt sterlinq olaraq təxmin edilirdi. O, şirkəti Admiralty Məhkəməsinə şikayət edəcəyi və gəmilərini limanlarda durduracağı ilə hədələdikdən sonra 10.000 funt-sterlinqini əldə etdi. Kral da eyni məbləğin həm də ona veriləcəyini açıq şəkildə bildirərək "mən səni ispanların şikayətindən qurtardımmı? və sən mənə heç nə qaytarmırsan?" dedikdən sonra 10.000 funt-sterlinq də ona verildi.[10]
Portuqaliya və İspaniyanın 1580-ci ildən 1640-cı ilə qədər eyni sülalə tərəfindən idarə edilməsinə baxmayaraq, İngiltərə və Portuqaliya müharibə vəziyyətində deyildi. Bukingem hersoqu Corc Villiers Səfəvilərə yardım edən şirkəti təhdid etməyə başladı. Lakin Səfəvi ilə razılaşmada nəzərdə tutulan 10.000 funtu aldıqdan sonra bunu sonlandırdı. Kral I Ceymsin Corc Villiersə "mən səni ispanlarından şikayətlərindən qurtardım, sən isə mənə heç nə qaytarmırsan?" sözündən sonra krala da 10.000 funt verildi.
Hörmüzün ələ keçirilməsi Ost-Hind şirkətinə Səfəvilərlə ticarəti inkişaf etdirmək üçün münbit şərait yaratdı. İngilislər hazır geyimləri və digər məmulatları ipəklə dəyişdirirdilər. Lakin bəzi çətinliklər hələ də qalmaqda idi. İngilis macəraçı Robert Şirli də bu ticarət əlaqələrinin inkişafında maraqlı idi.[11]