Hörmüz dəniz döyüşü

Hörmüz dəniz müharibəsi9 avqust 1554-cü ildə Hörmüz boğazında Seydi Əli Rəisin komandanlığı ilə türk donanması və Fernando de Noronhanın komandanlığı ilə portuqal donanması arasında baş verdi.

Hörmüz dəniz müharibəsi
Türk-Portuqal müharibələri
Tarix 9 avqust 1554
Yeri Hörmüz boğazı, İran körfəzi
Səbəbi Portuqaliya donanması tərəfindən basqınlar
Nəticəsi Osmanlı qələbəsi
Münaqişə tərəfləri

 Osmanlı imperiyası

Portuqaliya

Komandan(lar)

 Osmanlı imperiyası Seydi Əli Rəis

Fernando de Noronha

Qanuni Sultan Süleymanın əmri ilə Seydi Əli Rəisin komandanlığındakı Türk donanması, 2 iyul 1554-cü ildə Süveyşə getmək üçün Bəsrə əyalətini tərk etdi.

Avqust ayı boyunca körfəzdəki Osmanlı sancaklarını ziyarət edən donanma, 9 avqustda Hörmüz boğazından keçərkən Portuqaliya donanması ilə qarşılaşdı. Təxminən iki dəfə çox olan Portuqaliya donanmasının nizamlı hərəkət etmədiyini anlayan Osmanlı admiralı, sürətli bir basqınla düşmənin qarşısını ala biləcəyini düşünərək hərəkətə keçdi. Sürətlə top və tüfəng atəşlərinə başlayan Türk donanması, nizamsız düşmənin manevr etməsini əngəlləyib qalera saxlamalarına başladı. Qaranlığa qədər davam edən döyüşdə nəticə əldə edə bilməyən Portuqaliya donanması, çox sayda dənizçi itirdi və bir qaleonu süqut etdi. Sonra nizamsız olaraq Hörmüz adasına tərəf çəkilməyə başladı. Türk donanması isə təqib etməyib boğazı keçdi və Omana doğru yollandı.

Seydi Əli Rəis isə döyüşü belə təsvir edirdi:

" Galiba görmedi çesm-i encüm Bu kadar hadise-ı uzmayı

Bilmezim kim nice tabir edeyim Sana bu vakıa-ı kübrayı

"

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Seydi Ali Reis. Bölüm I. ISBN 9789751611888.
  • Hint Seferi. Topkapı/İstanbul: Doğu Kütüphanesi. 1971. 406–407. ISBN 978-9944-397-70-4.
  • Ak, Mahmut. "Seydi Ali Reis". TDV İslam Ansiklopedisi. 2009. 2019-08-27 tarixində arxivləşdirilib.