Üstünə top və ya haubitsa yerləşdirilmiş bir motorlu nəqliyyat vasitəsinə bağlanmış və ya zirehli şassiyə hücum topu deyilir. Ən vacib vəzifəsi döyüş zamanı birbaşa düşmənlə vuruşaraq qarşıdakı piyada birliklərinə dəstək verməkdir.
Tarixdə əsasən, hücum topları tank şassisinə quraşdırılmış top və ya haubitsalardan ibarət olmuşdur. Buradakı ən vacib məqsəd ucuz olmaqla birlikdə daha az mexaniki problemlər yaratması idi. Ümumi zirehinin zəif olmasına görə bu silahların qabaq hissələrinə daha qalın ön müdafiə əlavə edilərək və daha güclü silahlarla təchiz olunmuşdurlar.