Hülya Avşar (10 oktyabr 1963, Balıkəsir, Türkiyə) — Türkiyə müğənnisi və aktrisası.
Hülya Avşar | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Balıkəsir, Türkiyə |
Milliyyəti | Kürd |
Vətəndaşlığı | |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 1982-ci ildən |
IMDb | ID0043362 |
hulyaavsar.biz | |
Vikianbarda əlaqəli mediafayllar |
Hülya Avşar 10 oktyabr 1963-cü ildə Balıkəsirdə anadan olub.[1] Əslən Ərdəhanlı avşarlar nəslindəndir. Gənc ikən Mehmet Tecirli ilə ailə həyatı qurub. Sonradan onlar boşanıblar. "Bulvar" qəzetinin təşkil etdiyi "Kainat Gözəllik Yarışması"nda birinci yeri tutub (1982), lakin evli olduğu məlum olduqda tacı geri alınıb.[2] 1983-cü il Hülya Avşarın həyatında dönüş nöqtəsi olub. Fikrət Hakan və Salih Güney ilə birlikdə baş rolda oynadığı "Haram" filmində aktrisa kimi debüt edib. "Berlin in Berlin" filmindəki aktrisalıq məharətinə görə Moskva Film Festivalında ən yaxşı qadın aktrisa mükafatına layiq görülüb.[3] Daha sonra musiqi təhsili alan Hülya Avşar Türkiyədə və xaricdə konsertlər verməyə başlayıb, 6 albom və bir sinq çıxarıb. 2000-ci ildə Türkiyənin Kral TV telekanalı tərəfindən təşkil olunmuş ilin musiqi mükafatları təqdimatı mərasimində ən yaxşı qadın müğənni mükafatını alıb. Sonralar televiziya kanallarında şou aparıcısı kimi də məşhirlaşıb.
Kaya Çilingiroğlu ilə olan evliliyindən Zəhra adında bir qızı var. Cütlük 2005-ci ildə boşanıb.