Hümay Əzimova

Hümay xanım Səlim ağa qızı Əzimova (17 oktyabr 1898, Böyük Bəhmənli, Cəbrayıl qəzası28 yanvar 1940, Aşağı Yağlıvənd, Qaryagin rayonu) — Xalça ustası.

Hümay Əzimova
Hümay xanım Səlim ağa qızı Əzimova
Doğum tarixi
Doğum yeri Böyük Bəhmənli, Füzuli rayonu, Azərbaycan Respublikası
Vəfat tarixi (41 yaşında)
Vəfat yeri Aşağı Yağləvənd, Azərbaycan Respublikası
Dəfn yeri
Vətəndaşlığı

Həyatı[redaktə | mənbəni redaktə et]

Hümay xanım Səlim ağa qızı 1898-ci ildə Cəbrayıl qəzasının Böyük Bəhmənli kəndində anadan olmuşdu. Anası Gülxanım xanım Kərbəlayı Salman bəy qızı Kərimbəyovadan toxuculuq sənətini öyrənmişdi. Toxuduğu "Bəhmənli" xalçaları nəinki Azərbaycanda, İranda, Rusiyada məşhur olmuşdur. Bir çox xalı-xalça tacirləri onun toxumalarını hanadan alır, dünya bazarlarına aparırdılar. O, toxuduğu xalçaların yununu özü didir, darayır, əyirirdi. Çalışırdı ki, boyaqlar təbii olsun.

Hümay xanım Əzimovanın xalçaları yüksək bədii keyfiyyətə malikdir.

Hümay xanım Əzimova 1940-cı ildə vəfat edib.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Hümay xanım Mirzə Surxay Rzaqulu ağa oğlu Əzimovla ailə qurmuşdu. Çingiz, Cahangir, İsa adlı oğlanları, Çiçək və Tutu adlı qızları vardı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011, - 280 səh.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]