Hüquqlardan sui-istifadə

Hüquqlardan sui-istifadəmülki hüquqda şəxslərin yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hüquqlara münasibətdə istifadə olunur. Hüquqlardan sui-istifadə edən şəxs öz hərəkətləri ilə dəymiş zərərə görə məsuliyyət daşıyır. Bu qrupa vəzifə səlahiyyətlərindən sui-istifadə, vergidən yayınmanı aid etmək olar. Bu prinsip presedent hüququnda formalaşmışdır. Müvafiq prinsip "hüquqdan istifadə edən kəs heç kimə zərər vermir" klassik nəzəriyyəsindən fərqlənir və özündə "sui-istifadə başladıqda hüquq başa çatır" (fr. le droit cesse où l'abus commence) maksimasını əks etdirir.[1]

Qanunvericilikdə təsbiti[redaktə | mənbəni redaktə et]

Hüquqlardan sui-istifadə prinsipi Alman Mülki Məcəlləsində təsbit olunmuşdur. §226-da qeyd edilmiş müddəaya görə:

" Hər hansı hüququn icrasında məqsəd yalnız başqasına zərər vurmaqdırsa, belə hüququn icrası qanunsuzdur. "

İsveçrə Mülki Məcəlləsinin 2-ci maddəsində qeyd edilir ki:

" Hər kəsin vicdanlılıq prinsipinə uyğun olaraq hüquqlarını həyata keçirməsi və öhdəliklərini icra etməsi gözlənilir. Hüquqdan açıq-aşkar sui-istifadə qanunla qorunmur. "

Filippin Mülki Məcəlləsinin 19, 20 və 21-ci maddələrində qeyd olunur ki:

  • Maddə 19: Hər kəs öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən ədalətlə hərəkət etməlidir, hər kəsə haqqını verməlidir və dürüstlük və vicdanlılıq nümayiş etdirməlidir.
  • Maddə 20: Qanuna zidd olaraq qəsdən və ya ehtiyatsızlıqdan başqasına zərər vuran hər kəs dəymiş zərəri ödəməlidir.
  • Maddə 21: Əxlaq və ictimai qaydalara zidd şəkildə başqasına qəsdən zərər və ya ziyan vuran hər kəs dəymiş zərəri ödəməlidir.

Şərtlər[redaktə | mənbəni redaktə et]

Doktrinanın mövcud olması üçün dörd şərtdən ən az biri tələb olunur:[2]

  • hüququn həyata keçirilməsi üçün başlıca motiv zərər vurmaqdır;
  • məhkəmə müdafiəsinin həyata keçirilməsi üçün heç bir ciddi və qanuni maraq yoxdur;
  • hüququn həyata keçirilməsi contra bonos moresdir, yaxud vicdanlılığı və ya adi ədaləti pozur;
  • hüquq, qanuni məqsəddən daha çox başqa məqsədlər üçün həyata keçirilir.

Bu prinsip ümumi hüquq sistemli dövlətlərdə mövcud deyil.

Şotland hüququnda (burada qarışıq sistem (roman-german və ümumi hüquq) mövcuddur) hüquqdan sui-istifadə aemulatio vicini adlanır.[3]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Marcel Planiol, Traité élémentaire de droit civil, 11th edn., No. 871, 1939.
  2. "Abuse of Rights". uslegal.com. 2022-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.
  3. Elspeth Reid. "Strange Gods in the Twenty-First Century: the Doctrine of Aemulatio Vicini". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-06.