Hüseyn Məmməd oğlu Əhmədov (27 mart 1915, Şuşa – 20 avqust 1955, Bakı) — Azərbaycan heykəltəraşı.
Hüseyn Əhmədov | |
---|---|
Hüseyn Məmməd oğlu Əhmədov | |
Doğum tarixi | |
Doğum yeri | Şuşa, Azərbaycan SSR |
Vəfat tarixi | (40 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | |
Fəaliyyəti | Heykəltəraş |
Hüseyn Məmməd oğlu 27 mart 1915-ci ildə Şuşa şəhərində anadan olmuşdu. 1936-cı ildə Azərbaycan Dövlət Rəssamlıq texnikumunu bitirmişdi. 1936–1940-cı illərdə Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxumuşdu .Əsasən portret janrında fəaliyyət göstərmişdi.
A. Səhhət (1941) və N. Hikmətin (1951, 1953), Sovet İttifaqı Qəhrəmanları G. Əsədov (1947), X. Məmmədov (1948) və Q. Məmmədovun (1949), Sosialist Əməyi Qəhrəmanları R. Rüstəmov (1949), M. Məmmədovanın (1949), iki dəfə Sosialist Əməyi Qəhrəmanı Ş. Həsənovanın (1950, 1951) və başqalarının portretlərini işləmişdir.
M. Ə. Sabirin Şamaxıdakı abidəsinin (beton, 1949) müəllifidir.