Hüseyn Hümmətov

13 avqust 2004-cü ildə Ordubad rayonu, Yuxarı Əylis kəndində doğulmuşdur. 2011-ci ildə Yuxarı Əylis kənd tam orta məktəbində orta təhsilə başlamış və 2022-ci ildə həmin məktəbi yüksək qiymətlərlə bitirmişdir. Məktəbi bitirdiyi il Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmuşdur.

Naxçıvanın tandılması üçün gənc yaşlarından "Ordubadımız" adını daşıyan bloq yaratmış, çəkdiyi fotoları dünya miqyasında tanıtmışdır. Muxtar Respublikanın turizm potensialına misilsiz tövhələri olmuşdur. Məhz elə buna görədir ki, dəfələrlə diplomlara və fəxri fərmanlara layiq görülmüşdür.


Hal-hazırda rəhbəri olduğu "Bir xəbərçi" onlayn xəbər portalı və "Hummatow Media" Bakı şəhərində öz işini davam etdirir.