Hüseyn Qabulov

Hüseyn Qabulov - Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru.

Hüseyn Qabulov
Hüseyn Həsən oğlu Qabulov
Doğum tarixi (59 yaş)
Doğum yeri Bakı şəhəri, Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi dərəcəsi Tibb elmləri doktoru
Elmi adı professor
İş yeri
Təhsili ali

Hüseyn Həsən oğlu Qabulov 22 may 1965 -ci ildə Bakı şəhərində anadan olub. 1982 -ci ildə orta məktəbi bitirib. 1988-ci ildə Azərbaycan Tibb institutunun pediatriya fakultəsini bitirdikdən sonra təyinatla həkim-pediatr vəzifəsində çalışıb.

1999-cu ildə ATU-nun II Uşaq xəstəlikləri kafedrasına pediatriya ixtisası üzrə aspiranturaya daxil olmuşdur. 2002-ci ildə namizədlik, 2010-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir.

Müxtəlif ölkələrdə elmi konqreslərin işində məruzəçi kimi iştirak etmiş, bir sıra beynəlxalq və elmi cəmiyyətlərin, o cümlədən Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin üzvüdür. 150-dən artıq elmi işin müəllifidir.

2011-ci ildən Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb üzrə Ekspert Şurasının üzvüdür. Hazırda tibb elmləri doktoru H.H.Qabulov ATU-nun II Uşaq xəstəlikləri kafedrasının professoru və Tədris Terapevtik Klinikasının II Pediatriya şöbəsinin müdiri vəzifəsində calışır.

Elmi və praktiki sahəsi - uşaqlarda allergik (bronxial astma, allergik rinit, atopik dermatik, övrə, dərman allergiyası və s.), bronx-ağciyər, immun sisteminin və digər xəstəliklərin yayılması, müayinə, müalicə və profilaktikası problemləridir.