Hüseyn Ələkbət oğlu Məmmədov (15 aprel 1946, Noraşen rayonu) — Ömrünün 50 ildən çoxunu dənizə həsr etmiş veteran dənizçi, Azərbaycan Dövlət Dəniz Akademiyasının baş müəllimi, şair, bəstəkar. Azərbaycan Yazıçılar Birliyinin (2000-ci ildən) üzvüdür. Elm və Təhsil Mərkəzinin filologiya üzrə Fəxri Professoru diplomuna layiq görülmüşdür.
Hüseyn Məmmədov | |
---|---|
Hüseyn Ələkbət oğlu Məmmədov | |
Təxəllüsü | Hüseyn sözlü |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan Muxtar Respublikası,Şərur |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | Odessa Ali Dənizçilik məktəbi |
Fəaliyyəti | Dənizçi, şair, bəstəkar, müəllim |
Üzvlüyü | Azərbaycan Yazıçılar Birliyi |
Mükafatları | Fəxri Professor diplomu |
15 aprel 1946-cı ildə Naxçıvan Muxtar Respublikasının, Şərur rayonunun Şəhriyar kəndində kolxozçu ailəsində anadan olub. 3 övladı, 6 nəvəsi vardır.[1]
Şəhriyar kənd orta məktəbini 1963-cü ildə bitirib. Tar üzrə musiqi təhsili alıb. Bakı Dəniz Yolları məktəbiniə daxil olub və oranı bitirdikdən sonra Xəzər Dəniz Gəmiçiliyi idarəsinin gəmilərində çalışıb. Ali təhsilini Odessada alıb.
Zəngin yaradıcılığa malik Hüseyn Sözlünün 11 şeirlər kitabı var. Bundan əlavə, Azərbaycan Dövlət Dəniz Akademiyası üçün "Gəmi köməkçi mexanizmləri, sistemləri və onların istismarı" dərsliyinin müəllifidir. Hüseyn Sözlünün Azərbaycanda və Türkiyədə onlarla musiqi albomu buraxılmış, mahnılarına Azərbaycanda və Türkiyədə kliplər çəkilmişdir. 2000-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Rəsul Rza mükafatına, beynəlxalq "Qızıl qələm" mükafatına layiq görülüb. Türk dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasnın "Qızıl ulduz" medalı ilə, Azərbajcan Respublikası Fövqəladə Hallar Nazirliyinin Fəxri fərmanı və Azərbaycan Yazıçılar Birliyinin fəxri diplomu ilə təltif edilib. Hazırda pedoqoji fəaliyyətlə məşğuldur: Azərbaycan Dövlət Dəniz Akademiyasının baş müəllimidir.[2]
Hüseyn Sözlünün 250-dən çox mahnı bəstəsi mövcutdur. Mahnılarını Xalq artisti Sabir Əliyev, Əməktar artistlər Nuriyyə Hüseynova, Zakir Əliyev, eləcə də Elxan Şirinov, "Manaf Ağayev, Şəmistan Əlizamanlı, Səyyad Əlizadə, Qədir Qızılsəs Tuncay Yalın (Türkiyə) və s. ifa edib.[3]