Hüseyn Sadağiani və ya Dr. Əmir Hüseyn Sadağiani (1 yanvar 1903, Təbriz – 1 dekabr 1982, Tehran) - azərbaycan əsilli İran futbolçusu və futbol məşqçisi. Hücumçu olmuş və kareyerasını bitirdikdən sonra 1941-ci ildən 1950-ci ilə qədər İran milli futbol komandasının baş məşqçisi olmuşdur.[1]
Hüseyn Sadağiani | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | Salmas, Qacar imperiyası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat tarixi | (79 yaşında) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vəfat yeri | Tehran | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı | İran | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | Hücumçu | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
1903-cü ilin yanvar ayının 1-də Salmas şəhərində anadan olmuşdur. İran futbol tarixinin ən məşhur şəxslərindən hesab edilir. Kareyerası boyunca hücumçu kimi çıxış etmişdir.
1 dekabr 1982-ci ildə Tehran şəhərində vəfat etmişdir.
Dr. Sadağiani İranın Avropa liqalarında oynayan ilk oyunçusudur. O, Fənərbaxça PFK və Rapid Vyana klublarında çıxış etmişdir. İrana geri döndükdən sonra Məşhəddə "Firdovsi" klubunu yaratmışdır. Lakin bir ildən sonra Tehrana geri döndüyünə görə bu klubun ömrü qısa olmuşdur.[1]
26 yaşı olarkən Belçikaya təhsil almağa getmişdir. 1929-cu ildə Université du travail de Charleroi-ə qəbul olmuşdur. Burada təhsil alarkən əyalətin ikinci divizionunda çıxış edən CS Marchienne-Monceau klubunda çıxış etmişdir. Burada özünü sübut etdikdən sonra Belçikanın ikinci divizionunda (1930-1932) və üçüncü divizionunda (1932-1933) R. Charleroi SC klubunda çıxış etmişdir.[2]
1930-cu illərdə saçının tökülməsindən sonra ona vallonlar tərəfindən "Panne de verre" ləqəbi verilmişdi. Bu ləqəb Belçiakda keçəllər üçün işlədilən ifadədir.
Charleroidən sonra o, Türkiyəyə köçdü və bir il Fənərbaxça PFK-da oynadı. Sonra yenidən Belçikaya qayıtdı və Belçikanın III və IV divizionlarında çıxışdı.[2] Belçikadan sonra İrana köçdü və kareyerasını 1939-cu ildə Tehranın "Tufan" komandasında sonlandırdı.
Dr. Sadağiani heç vaxt İran milli komandasında oynammamışdır. Çünki İranın futbol üzrə yığma komandası 1941-ci ildə qurulmuşdu, bu zaman isə Sadağiani artıq futbolçu kareyeasını bitirmişdi. lakin 1926-cı ildə Tehranın furbol komandaları Bakıya səfər etmişdi. Ora daxil olan oyunçular içində Sadağiani də var idi. burada keçirilən 4 oyunda İran yığması 3 dəfə məğlub olmuş, bir dəfə isə heç-heçə etmişdi. 4 oyunun hər birində də Sadağiani iştirak etmişdi.