Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Məlumatı yoxla. |
Hüseyn Qardaş oğlu Zeynalov — fəlsəfə elmləri doktoru, M.E.Yevseyev adına Mordoviya Dövlət Pedaqoji İnstitutunun professoru
Hüseyn Zeynalov | |
---|---|
Hüseyn Qardaş oğlu Zeynalov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Elmi dərəcəsi | |
Mükafatları | Mordoviya Respublikasının Əməkdar Elm Xadimi |
Hüseyn Zeynalov 7 avqust 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur.
l969-cu ildə Binəqədi rayonunda Həsən Cəbrayılov adını daşıyan 99 saylı orta məktəbdə oxumuşdur. Kiçik yaşlarında o bilirdi ki, qədəm qoyduğu bu təhsil ocağı onun böyük qardaşı Həsən Cəbrayılov SSRİ silahlı qüvvələrində xidmət edərkən 1941-45-ci illərdə faşist Almaniyasının hücumlarına məruz qalmış Krımda yerə basdırılmış 470-ci minanı zərərsizləşdirərkən qəhrəmancasına həlak olmuşdur. Ona görə də onun adını əbədiləşdirmək üçün 99 saylı orta məktəbə onun adını vermişlər. Qəhrəman əsgərin qardaşı onun adına layiq yaxşı oxumuşdur.
Hüseyn Zeynalov 1979-cu ildə orta məktəbi əla qiymətlərlə bitirmişdir. l980-82-ci illərdə Əhəlkələki şəhərində növbəti hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra, 1983-cü ildə Mordoviya Dövlət Universitetinin filologiya fakültəsinin hazırlıq kursuna daxil olmuşdur. İstedadlı həmyerlimiz elə həmin Universitetin tarix fakültəsinə qəbul olunaraq, təhsilini davam etdirmişdir.
Hüseyn Zeynalov yüksək intellektual səviyyəsi ilə seçildiyinə və əla qiymətlərlə oxuduğuna görə Mordoviya Dövlət Pedaqoji İnstitutuna işə dəvət olunmuşdur. Təhsili özünün kredosu seçən Hüseyn Zeynalov 1991-ci ildə Moskva Dövlət Pedaqoji Universitetinin aspiranturasına qəbul olmuş, 1994-cü ildə "İctimai inkişafın müasir nəzəriyyələrinin ekoloji kontekstləri" mövzusunda fəlsəfə elmləri namizədliyi üzrə dissertasiya müdafiə etmişdir.
Hüseyn Zeynalov Aspiranturanı qurtardıqdan sonra Mordoviya Dövlət Pedaqoji İnstitutunun fəlsəfə və iqtisadiyyatın nəzəriyyəsi kafedrasında baş müəllim kimi əmək fəaliyyətinə başlayır. Burada qısa müddətə o, assistentlikdən kafedranın professoru vəzifəsinə qədər yüksəlmişdir. 1998-ci ilin fevral ayında Moskva Dövlət Pedaqoji Universitetinin fəlsəfə kafedrasında doktoranturaya daxil olmuşdur. 2000-ci ildə "Davamlı İnkişafın strategiyasının sosial-fəlsəfi aspektləri" mövzusunda fəlsəfə elmləri doktoru elmi dərəcəsi üzrə müdafiə etmişdir.
Hüseyn Zeynalov 180-dən çox elmi məqalə, 6 monoqrafiya, ali məktəblər üçün 4 tədris vəsaitinin müəllifidir. "Təhsildə tədris eksperimentləri", "Krasnoyar elmi" və s. jurnalların redaksiya heyətinin üzvüdür. Onun elmi maraq dairəsi ictimaiyyətin davamlı inkişaf problemləri, ekoloji təhsil, regionologiya, sosial ekologiya, elm və təhsilin fəlsəfəsini əhatə edir.
O, hər zaman çalışdığı işlərdə öz işini məsuliyyətlə, vicdanla yerinə yetirmiş, Respublikanın ictimaiyyəti və işlədiyi İnstitutun kollektivi arasında yüksək hörmət sahibi olmuşdur. Müəllimlər və tələbələrlə səmimi olmağı bacarmışdır.
O həm də xoşbəxt bir ailəyə başçılıq edir. Tələbəlik zamanı bir qrupda oxuduğu Nataşa Kostina ilə ailə qurmuşdur. Qızı Regina atasının yolunu davam etdirir. O da Mordoviya Dövlət Pedaqoji İnstitutunda işləyir, fəlsəfə elmləri namizədidir.
Fəlsəfə elmləri doktoru, Mordoviya Dövlət Pedaqoji İnstitutunun fəlsəfə kafedrasının professoru Hüseyn Qardaş oğlu Zeynalov 2014-cü ildə "Elmi-pedaqoji nailiyyətləri və ixtisaslı kadrların hazırlanmasına görə “Mordoviya Respublikasının Əməkdar Elm Xadimi” fəxri adına layiq görülmüşdür.