Bu məqaləni vikiləşdirmək lazımdır. |
Əliyev Hüseyn Balaəli oğlu – "Lenin ordeni" ilə təltif edilib (ölümündən sonra)
Hüseynbala Əliyev | |
---|---|
Əliyev Hüseyn Balaəli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Pirşağı qəsəbəsi, AXC |
Vəfat tarixi | (22 yaşında) |
Vəfat yeri | Leninqrad, SSRİ |
Vəfat səbəbi | mərmi yaraları |
Milliyyəti | azərbaycanlı |
Təhsili |
|
Mükafatları |
Əliyev Hüseyn Balaəli oğlu 25 noyabr 1918-ci ildə Bakı şəhərinin Pirşağı qəsəbəsində doğulmuşdur. Bakı şəhəri, Dəyirman küçəsi, 8 nömrəli evdəki 39 nömrəli ibtidai məktəbdə oxumuşdur. Sonra"Qırmızı dəmirçi" fabrik-zavod məktəbində (FZM) təhsil almışdır. Sonra Bakı təyyarə klubunda uçuşun ilk elementlərinə yiyələnmışdir.
1940-cı ildə Yeysk HDT-çilik məktəbini bitirmişdir.
BVM başlayanda Baltik Donanmasının HHQ-ndə Tallində, sonra isə Leninqradda xidmət etmişdir.
Leytenant Hüseyn Əliyev qırıcı təyyarəçi idi. 49 döyüş uçuşu keçirmişdir.
18 iyul 1941-ci ildə düşmənin 3"Yunkers-88" təyyarəsi ilə döyüşə girmiş ölümcül yaralanmışdır. Kabinədə partlayan düşmən mərmisindən onun bədəni 30-qədər qəlpə yarası almışdır. Buna baxmayaraq təyyarələrdən 2-sini vurmuşdur. Öz təyyarəsini salamat yerə endirmiş, təyyarənin kabinəsində partlayan mərmidən aldığı çoxlu yaralardan həlak olmuşdur.
Ölümündən sonra "Lenin ordeni" ilə təltif edilib.
N.K.Çukovskinin "Baltik səması" romanında, V.Ketlinskayanın "İradə" hekayəsində onun qəhrəmanlığından bəhs edilmiş, Məmməd Rahimin "Leninqrad göylərində" poeması ona həsr olunmuşdur.
"Azərbaycan film" kino studiyası onun haqqında Hünər əbədidir (film, 1967) adlı film çəkmişdir.Pirşağı qəsəbəsində büstü qoyulmuşdur.
Adına küçə var.