Məmmədov Hüseynbala Məmmədrəfi oğlu (25 aprel 1922, Qala, Bakı qəzası – 1 avqust 1999) — Azərbaycanın əməkdar iqtisadçısı.[1]
Hüseynbala Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 aprel 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 1 avqust 1999 (77 yaşında) |
Fəaliyyəti | iqtisadçı |
|
|
Təltifləri |
25 aprel 1922-ci ildə Bakı şəhərinin Qala kəndində müəllim ailəsində anadan olmuşdur.
Orta təhsilini Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 156 saylı tam orta məktəbdə almışdır. Leninqrad (Sankt Peterburq) şəhərindəki Ümumittifaq Ali Maliyyə Məktəbini bitirmişdir.
1947-ci ildən müfəttiş, kredit müfəttişi, Bakı şəhəri Dövlət Bankı rayon şöbəsinin rəisi, 1974-cü ildən SSRİ Dövlət Bankının Azərbaycan Respublika Kontorunun rəisi (Azərbaycan Milli Bankı), 1993–1998-ci illərdə Azərbaycan Respublikası Milli Bankının Yasamal şöbəsinin baş məsləhətçisi işləmişdir.[1]
Azərbaycan SSR Ali Sovetinin Plan-büdcə Komissiyasının üzvü, Azərbaycan Kommunist Partiyasının Təftiş Komissiyasının üzvü, 10-cu və 11-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[1][2][3]
1940–1947-ci illərdə Sovet Ordusunda Leninqrad şəhərində xidmət etmiş,[4] Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur.[5][6]