Hüseynqulu Şahmuradov

Hüseynqulu Ramazan oğlu Şahmuradov (21 mart 1932, Qubadlı rayonu10 iyun 1994, Bakı) — cərrah, daxili xəstəlikər həkimi, Azərbaycan SSR əməkdar həkimi.[1]

Hüseynqulu Şahmuradov
Doğum tarixi 21 mart 1932(1932-03-21)
Doğum yeri
Vəfat tarixi 10 iyun 1994(1994-06-10) (62 yaşında)
Vəfat yeri
Fəaliyyəti həkim

Hüseynqulu Şahmuradov 1932-ci il martın 21-də Qubadlı rayonunda dünyaya göz açmışdır. 1949-cu ildə Qubadlıda orta məktəbi əla qiymətlərlə bitirən Hüseynqulu kimya və biologiya fənlərinə xüsusi marağı olduğu üçün Azərbaycan Dövlət Tibb Universitetinə daxil olur. 1955-ci ildə cərrah ixtisası üzrə institutu bitirir. Onun təyinatını Qazaxıstana versələr də, həkim buna qəti etiraz edir ve Qubadlıda qalıb işləmək istədiyini və burda daha gərəkli olduğunu bildirir. Hüseynqulu həkim rayondan xeyli uzaqda Muradxanlı kəndində fəaliyyətə başlayır və burada çalışdığı 2 il ərzində kənd camaatının böyük hörmətini qazanır. Hüseynqulu Şahmuradov 1959-cu ildə ailə həyatı qurur. 1961-ci ildə o, Bakı şəhərində Həkimləri Təkmilləşdirmə İnstitutunda ixtisasını dəyişib daxili xəstəliklər həkimi ixtisasına yiyələnir. 1993-cü ildə erməni işğalı nəticəsində Qubadlı rayonundan ayrı düşən həkim, elə həmin il oğlunu itirir. Bu dərdlərə dözə bilməyən həkim 1994-cü il iyunun 10-da ürək xəstəliyindən Bakı şəhərində vəfat edir.

Qubadlı rayonunda baş cərrah kimi çalışan Hüseynqulu Şahmuradov Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən "Mərkəzi Tibbi Kitabxana" ilə müqavilə bağlamış, tibb sahəsində böyük önəmə malik olan kitabların Azərbaycana gətirilməsinə nail olmuşdur. Tibb sahəsində göstərdiyi xidmətlərə və ağır zəhmətə görə ona Azərbaycan SSR-in "Əla dərəcəli həkim", " SSRİ səhiyyə əlaçısı", "Əməkdar həkim" fəxri adları və "Lenin yubileyi ordeni", "Səhiyyə əlaçısı" döş nişanı və fəxri fərmanlar verilmişdir.

  1. Elbrus Qayalı. "Dağlar dağımdır mənim", 2002.