Hüsnü Mübarəkin Azərbaycandakı heykəli

Hüsnü Mübarəkin Azərbaycandakı heykəliAbşeron rayonu Xırdalan şəhərinin "Misir" parkında Məhəmməd Hüsnü Mübarəkin şərəfinə ucaldılmış heykəl.

Xırdalan Misirin Qalubiyyə şəhəri ilə 2008-ci ildə qardaşlaşmış şəhər elan edilib. Parkın yerləşdiyi küçə də Qalubiyyə adlanır. Misir hakimiyyəti də öz növbəsində Qalubiyyə şəhərində küçələrin birinə "Abşeron" adını verib.

"Misir" parkında Hüsnü Mübarəkin heykəlinin yerləşdiyi qırmızı mərmər döşənmiş meydançanın ətrafı kəndirlə əhatələnib. Parkda Hüsnü Mübarəkdən başqa Misir fironu 3-cü Tutmosun da heykəli var. Ümumiyyətlə, Misir hakimiyyəti parkın salınmasında xəsislik etməyib. Parkda Misirdən gətirilmiş çox sayda heykəl qoyulub[1].

2007-ci ildə Xırdalan şəhərindəki Misir dostluq parkında Məhəmməd Hüsnü Mübarəkin heykəli qoyulmuşdur. 2011-ci il Misir iğtişaşları ilə əlaqədar 2011-ci il yanvarın 31-də Azərbaycan müxalifətinin təmsil olunduğu İctimai Palata bu heykəlin ləğvi üçün müraciət etmişdir[2].

Fevralın 6-sı 14:00 radələrində bəzi müxalif partiya və müstəqil gənclər təşkilatlarının 30-a yaxın fəalı Xırdalandakı " Misir-Azərbaycan dostluq" parkında etiraz aksiyası keçiriblər.

Aksiya iştirakçıları «Qaz, işıq, su qalxdı. Millət palçığa batdı», «Dictator Exit (Diktator get)», «İnqilabınız Mübarək», «Let Egyptians free and luck. Be off Hosni Mubark (Misirlilərin azad və xoşbəxt olmasına icazə ver. Çıx get Hüsnü Mübarək) kimi şüarlar səsləndiriblər.Aksiya iştirakçıları Hüsnü Mübarəkin heykəlini fitə də basıblar [3]

  1. "Hüsnü Mübarəkin Azərbaycandakı heykəlinin mühafizəsi gücləndirilib". 2011-02-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-02-01.
  2. mediaforum.az HÜSNÜ MÜBARƏKİN XIRDALANDAKI ABİDƏSİNİ GÖTÜRMƏK TƏKLİFİ SƏSLƏNDİ[ölü keçid]
  3. "Hüsnü Mübarəkin Xırdalandakı heykəli fitə basıldı". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-02-07.